Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunanlar
Sorğu

Kimyaçı alim MUSTAFA HƏSƏNOV - 75

Baxılıb: 3147     Tarix: 15-11-2019 14:05   
Kimyaçı alim MUSTAFA HƏSƏNOV - 75

Gözəl insan, dəyərli ziyalı, təcrübəli mühəndis-texnoloq, tanınmış kimyaçı alim Mustafa Əhməd oğlu Həsənovun 16 noyabr 2019-ildə 75 yaşı tamam olur. Bu münasibətlə Mustafa müəllimi ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı və bundan sonrakı həyatının daha da mənalı keçməsini arzulayıram.

Mustafa müəllim 16 noyabr 1944-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra Neft-kimya İnstitunun kimya-texnologiya fakultəsinə daxil olur. Çoxuşaqlı ailədə böyüdüyü üçün bacı və qardaşlarına köməklik etmək məqsədilə insitutun axşam şöbəsinə keçir və Sumqayıt şəhərindəki “Sintez kauçuk” zavodunda işə düzəlir. Beləliklə də fəal əmək fəaliyyətinə başlayır. Zavodda laborant, çilingər, aparatçı, usta, növbə rəisi kimi vəzifələrdə çalışır. Təbii ki, gündüz işləyib valideyinlərinə kömək etmək, axşam isə ali təhsil almaq çox böyük fədakarlıq tələb edirdi.

O vaxtlar mən Mustafa müəllimin savadlı texnoloq olması barədə eşitmişdim, lakin tanışlığım yox idi. 1987-ci ildə mən “Üzvi sintez” İstehsalat Birliyinin strukturuna daxil olan yüksək təzyiqli polietilen (Polimir-120) zavodunda laboratoriya rəisi vəzifəsində işləyirdim. Zavodun əsas xammalı “EP-300” kompleksində alınan etilen monomeri olduğu üçün məhsulun keyfiyyətinə nəzarət etmək mənə həvalə olunmuşdu. İşimlə əlaqədar “EP-300” kompleksində işləyən aparıcı mütəxəssislərlə problemlərin həlli ilə bağlı tez-tez təmasda olurdum. Mübahisəli məsələlər, problemlər ciddi şəkildə araşdırılaraq yoluna qoyulurdu. Mustafa müəllimlə ilk tanışlığım həmin vaxtlardan başlayıb. “EP-300” kompleksi nəhəng və mürəkkəb qurğu olmaqla yanaşı, mənfi 170ºC-dən müsbət 1100ºC-dək temperatur və 50 atm təzyiqədək texnoloji rejim parametrlərinə malikdir. Təbii ki, texnoloji proseslərdə yaranmış çətin vəziyyətdə düzgün qərarların verilməsi əsl peşəkarlıq tələb edir. Belə vəziyyətlərdə Mustafa müəllimin qəbul etdiyi düzgün qərarların dəfələrlə şahidi olmuşam.

1992-ci ildə “EP-300” kompleksində etilen kalonunda baş verən partlayış kollektivi bir daha sınağa çəkdi. Belə ki, kalonun hazırlanmasındakı (kalon “Lenximmaş” zavodu tərəfindən hazırlanmışdı) çatışmazlıq nəticəsində hadisə baş vermişdir. Belə ağır məqamda, iqtisadi əlaqələrin olmadığı bir dövrdə yeni kalonun hazırlanması və quraşdırılması üçün uzun zaman lazım idi. Lakin çətinliklərə baxmayaraq yeni etilen kalonu alındı və yerinə qoyularaq işə buraxıldı. Yeni kalonun düzəldilməsi, konstruksiyası ilə bağlı edilən dəyişikliklər çox çətin və gərgin bir proses idi və bu işdə Mustafa müəllimin çox böyük əməyi oldu.

1994-cü ildə “EP-300” və “Polimir-120” kompleksləri birləşdirilərək “Etilen-Polietilen” zavodu yaradıldı. Mustafa müəllim həmin zvodun baş mühəndisi vəzifəsinə təyin olundu. Orada da Mustafa müəllimin rəhbərliyi altında bir çox texnoloji proseslərdə yeniliklər olundu, səmərələşdirici təkliflər həyata keçirdi.

1998-2000-ci illərdə Mustafa müəllim Həsənov “Etilen-Polietilen” zavodunun direktoru vəzifəsində işlədi. Həmin vaxtlar zavodun buxar təchizatı Sumqayıt İstilik Elektrik Mərkəzi tərəfindən həyata keçirilirdi. Lakin İstilik Elektrik Mərkəzi köhnəldiyindən

yüksək təzyiqli buxarın verilməsində fasilələr yaranırdı ki, bu da qurğunun tez-tez dayanması ilə nəticələnirdi. Nəhayət, enerji təchizatı problemi Ulu öndər, dahi şəxsiyyət, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin səyi nəticəsində Buxar generator kompleksi yaponiyalı mütəxəssislər tərəfindən qısa müddət ərzində tikilərək istifadəyə verildi. Beləliklə də “Etilen-Polietilen” zavodu sabit və iqtisadi gəlirlə işləməyə başladı.

Əlbəttə, hamı kimi Musafa müəllim Həsənov da Ulu öndərin misilsiz işlərindən biri kimi kimyaçılara verdiyi töhfənin əvəzsiz olduğunu qiymətləndirir və bunu indiki gənclərə çatdırır.

Hazırda kimya sənayesi öz sürətli inkişafı dövrünü yaşayır. Müasir texnologiyalar əsasında Sumqayıt Kimya Sənaye Parkının yaradılması “SOCAR-Polimer” layihəsi çərçivə-sində Polipropilen, yüksək sıxlıqlı, aşağı təzyiqli Polietilen qurğularının tikilib istifadəyə verilməsi, Karbamid zavodunun inşası, “EP-300” qurğusunun moderinləşdirilməsi dediklərimizin əyani sübutudur. Qeyd olunan işlərin hamsı möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa rəhbərliyi və gərgin əməyi sayəsində həyata keçirilmişdir. Bu da qeyri-neft sektorundan gələn gəlirin miqdarının artmasında öz töhvəsini verir. Əlbəttə, görülən işləri Mustafa müəllim Həsənov yüksək minnatdarlıqla dəyərləndirir, davamlı olmasını arzulayır və ölkə iqtisadiyyatına böyük fayda verəcəyinə inanır.

Sovetlər donəmində “Şərəf nişanı” ordeni ilə təltif olunan Mustafa Həsənovun əməyi müstəqillik əldə etdikdən sonra da ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmiş və o, respublikanın Əməkdar mühəndisi fəxri adına layiq görülmüşdür.

Mustafa müəllimin ən böyük arzularından biri də torpaqlarımızın erməni qəsbkar-larından azad olunmasıdır. Söhbətlərində hamı kimi o da möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə işğala son qoyulacağını əminliklə qeyd edir.

Mustafa müəllim Rusiya federasiyasının kimya sənayesinin işə buraxma və quraşdırma üzrə Voronej kampaniyasında da işləyib. Rusiyada, Özbəkistanda bir çox buraxılış komplekslərin sazlanmasında və işə qoşulmasında iştirak edib. Az-az təsadüf edilən hallardan biridir ki, bilik və bacarığını nəzərə alaraq SOCAR rəhbərliyi Mustafa müəllimin təqaüd yaşına çatdıqdan sonra da uzun müddət müşavir vəzifəsində işləməsinə şərait yaratmışdır.

Texnika elmləri üzrə fəlsəfə doktoru Mustafa Həsənov bir təcrübəli alim, çox dəyərli ağsaqqal kimi bilik və bacarığını gənclərə öyrətməkdən usanmır. Həvəslə və təmkinlə bildiklərini gənc nəslə aşılayır.

Mustafa müəllim Həsənov xoşbəxt insandır. Boş vaxtlarında nəvələri ilə vaxt keçirməyi çox sevir.

Musafa müəllim Həsənovun 75 illik yubleyi hər birimizin tale şəhəri olan Sumqayıt şəhərinin 70 illik yubileyi ilə üst-üstə düşür. Sözsüz ki, 70 illik yubileyə Mustafa müəllim əməli fəaliyyəti ilə öz töhfəsini verib və bu gün də verməkdədir.

Mən də həmişə Sumqayıtın çiçəklənmsini və insanların firavan yaşamasını arzulayan Mustafa müəllim Həsənovu 75 illik yubileyi münasibətilə bir daha təbrik edir, problemsiz ömür-gün, sağlam can, bol ruzi-bərəkət, sevinc və səadət dolu illər arzulayıram.

Dərin hörmət və ehtiramla,
Zakir Məmmədov,
kimya üzrə fəlsəfə doktoru


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər