Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Şabranda şair-qəzəlxan Hacı Qulamhüseyn Məmmədovun 70 illiyi qeyd edilib -ŞƏKİLLƏR

Baxılıb: 373     Tarix: 02-11-2019 12:08   
Şabranda şair-qəzəlxan Hacı Qulamhüseyn Məmmədovun 70 illiyi qeyd edilib
Şabrandakı Xaqani Poeziya Evində el arasında savab işləri ilə tanınmış ağsaqqal, şair – qəzəlxan, din xadimi, Hacı Qulamhüseyn Məmmədhüseyn oğlu Məmmədovun anadan olmasının 70 illiyi ilə əlaqədar yaradıcılıq gecəsi keçirilib.

Qulamhüseyn Məmmədov Dəvəçi şəhər Tofiq Abbasov adına orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Bakı Neft Texnikumunda oxumağa başlayıb. Neft Texnikumunu bitirib Neft Sənayesinin müxtəlif sahələrində işləyə - işləyə Neft Akademiyasında ali təhsil alıb. Neft Akademiyasını bitirdikdən sonra bacarıqlı neft mütəxəssisi kimi Liviya Ərəb Respublikasına işləməyə göndərilib. 2 il Liviyada çalışdıqdan sonra Vətənə qayıdan Qulamhüseyn Məmmədov Siyəzən Qazma İşləri İdarəsində sahə rəisi işləyib. Rəssamlıq sahəsində xüsusi qabiliyyəti olan Q. Məmmədov Şabran rayon Mədəniyyət evində təşkil edilmiş dərnəklərdə yaşından asılı olmayaraq həvəskarlara rəssamlıq və dini təhsil verib. Ərəb dilini bilməsi müqəddəs “Quran” kitabının tədrisində köməyinə gəlib. Bədii yaradıcılığa - şer, qəsidə, qəzəl yazmağa 12 – 13 yaşlarından başlayıb. Azərbaycan Nəşriyyatında “Şam işığı”, “İlham çeşməsi” qəzetlərinin zona müxbiridir. Bütün müqəddəs ziyarətgahlarda olub və ömrünün qalan hissəsini Tanrıya ibadətlə keçirməyi qərara alıb.

Sumqayitfakt.Az xəbər verir ki, gecəni Xaqani Poeziya Evinin direktoru, AYB üzvü, Prezident təqaüdçüsü Aybəniz Əliyar açaraq, Qulamhüseyn müəllimin qəzəllərindən nümunələr oxudu, yubilyara öz xoş arzularını bildirdi. Sonra qocaman jurnalist Mürsəl Balayev, Prezident təqaüdçüsü, AYB üzvü, şair, Əməkdar müəllim Nəcməddin Mürvətov, Prezident təqaüdçüsü, şair Zakir Bayramlı, şair Şərbətəli Mahmudov, mədəniyyət işçisi Dürdanə Babayeva, “Şabran” Ədəbi Birliyinin sədri Qurban Məmmədov, şair Təvəkkül Kərim, “Şabran inciləri” Birliyinin sədri, şair Məzahir Zeynal, AYB üzvü, şair Rəfael Laçınlı, şair Ənvər Zeynallı, mahir qarmon ustası Abbasəli Qafarov, siyəzənli qəzəlxan Günəş Hüseynov, müəllim, ədəbi tənqidçi Aprel Məmmədov, dil-ədəiyyat müəllimi Xankərəm Orucov, tanınmış xanəndə Telman Mustafayev, kitabxanaçı – yazıçı Vüsalə Anar, siyəzənli şairə Meyvə Allahyarqızı, Əməkdar müəllim Həqiqət Adıgözəlova, tamaşaçı Məhəmməd Ağayev, meyxanaçı, yubilyarın oğlu Əmircan Şabranlı Qulamhüseyn Məmmədovu təbrik etdilər və xoş arzularını bildirdilər.

Sumqayitfakt.Az



















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər