Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

"Kimlərsə nəsillərin dəyişməsi prosesinin ağrılı formada keçməsində maraqlıdır" - Əflatun Amaşov

Baxılıb: 4116     Tarix: 01-11-2019 16:15   
"Kimlərsə nəsillərin dəyişməsi prosesinin ağrılı formada keçməsində maraqlıdır"


"Görünür, kimlərsə idarəçilikdə nəsillərin dəyişməsi kimi nəzərə çarpan qanunauyğun, təbii prosesin məhz ağrılı formada keçməsində maraqlıdır".

Bunu deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Prezidentinin gənc kadrları İcra başçısı təyin etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən maraqlı məqamlara toxundu: “ Prezident icra başçıları qarşısındakı konkret vəzifələrin nədən ibarət olduğunu vurğuladı. Cənab İlham Əliyev eyni zamanda yeni təyin etdiyi şəxslərə yerlərdəki mövcud problemlərin gizlədilməsinin yolverilməzliyini bildirdi. Şamaxı rayonundakı zəlzələdən sonra bərpasına vəsait ayrılmış məktəb binasının vəziyyətinin dözülməzliyi barədə medianın məlumat yaydığını diqqətə çatdıran dövlət başçısı əslində xəbərdar etdi ki, hansısa formada üzə çıxarılması əngəllənən məsələləri media onsuz da işıqlandıracaq: “Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam”.

Prezidentin fikirləri onun medianın cəmiyyətdəki roluna, jurnalistikanın ictimai nəzarət funksiyasının dövlət idarəçiliyindəki mövqeyinə verdiyi yüksək dəyərin, həssas münasibətin növbəti bariz nümunəsidir”.
Millət vəkili əlavə edib ki, dövlət başçısı çıxışında yeni təfəkkürlü gənclərin yüksək vəzifələrə önə çəkilməsini gəncləşmə siyasəti və nəsillərin dəyişməsi kontekstində izah edir. “O, dövlət idarəçiliyində gənc və yaşlı nəslin vəhdətinin vacibliyini önə çəkir. Ən əsası isə cənab Prezident məsələnin sırf kampaniya xarakteri üzərində qurulan və son günlər mediaya yansımaqda olan tərəflərinə böyük ustalıqla aydınlıq gətirir: “Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər...”.

Görünür, kimlərsə idarəçilikdə nəsillərin dəyişməsi kimi nəzərə çarpan qanunauyğun, təbii prosesin məhz ağrılı formada keçməsində maraqlıdır. Kampaniyanın məqsədi də heç şübhəsiz budur. İdarəçilikdə gənclərlə yaşlılar birlikdə deyillərsə, demək ki, zəruri təcrübə ilə dinamizm arasında disbalans yaranır. Biz bunun fəsadlarını postsovet məkanında baş verən proseslər sonrası yaxşı gördük. Bəli, nəticə etibarilə həmin ölkələrdə dövlət aparatının nə dərəcədə böyük ziyan çəkdiyi hamımıza məlumdur. Prezident İlham Əliyev belə xoşagəlməzliklərin baş verməməsinin təminatçısıdır. Ölkədə hər kəsi hamıdan yaxşı tanıdığını, kimin nəyə qadir olduğundan, hansı xidmətlər göstərdiyindən xəbərdarlığını xüsusi vurğulayan dövlət başçısının sözlərindən hər kəs nəticə çıxarmalıdır. Çünki onun “kampaniyaçılara” mesajı kifayət qədər sərtdir: “Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər