Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

“İradənlə qalib gəl!”

Baxılıb: 3143     Tarix: 31-10-2019 18:05   
“İradənlə qalib gəl!”

9 noyabr - Bayraq günü münasibəti ilə 1-9 noyabr tarixlərində ölkə gənclərinin “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyaları keçiriləcəkdir.

Sumqayitfakt.Az xəbər verir ki, 2 noyabr tarixində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Sumqayıt Olimpiya İdman Kompleksində açıq qapı günləri tədbirləri təşkil olunacaq. Bu aksiyanın məqsədi gəncləri idmana cəlb etmək, hər kəs üçün OİK-ləri əlçatan etmək, buradakı idman meydançaları, avadanlıqlar və imkanlardan geniş gənclər kütləsini tanış etməkdir, onları sağlam həyat naminə sadə idman oyunları və hərəkətlərini etməyə alışdırmaqdır.

Yeni nəsil öz sağlamlığına daha böyük diqqət göstərir. Onlar asudə vaxtlarını bədən tərbiyəsi, fitnes, yoqa, rəqslərin öyrənilməsinə sərf etməkdə maraqlıdır. Gənclər fiziki sağlamlığı “məsuliyyətli vətəndaşlıq – uğurlu dövlət” birliyinin vacib hissəsi kimi dəyərləndirir.

Sumqayıtda gənclərin bu aksiyada iştiraka dəvəti şəhər gənclər və idman baş idarəsi sosial şəbəkələr və könüllülər vasitəsi ilə təşkil edir.

Aksiya çərçivəsində futbol, cüdo, badminton, sambo,sərbəst və yunan-roma güləşi, karate, boks, kikboksinq və s. yarışlar və əyləncəli idman oyunları təşkil edilmişdir. Bu yarışlar OİK-də işləyən məşqçilər tərəfindən idarə olunacaq. Eyni zamanda şəhərin müxtəlif idman növləri üzrə Avropa və Dünya Çempionları və mükafatçıları, beynəlxalq dərəcəli hakim və idmançıların iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçiriləcəkdir.

Bütün gəncləri bu fürsətdən istifadə etməyə dəvət edirik.

Başlayın və qoy iradəniz qalib gəlsin!

Aksiyaya qoşulmaq üçün Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə müraciət edin.

Əlaqə nömrələri:

655-23-00
655-31-50
655-34-66



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər