Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtlı şairin yaradıcılığına həsr olunmuş kitabın təqdimatı keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 2184     Tarix: 25-10-2019 12:19   
Sumqayıtlı şairin yaradıcılığına həsr olunmuş kitabın təqdimatı keçirilib
Yazıçılar Birliyinin “Natəvan” klubunda şair-tədqiqatçı, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü Hikmət Məlikzadənin “Xatirə Fərəcli yaradıcılığının poetik təzahürü” kitabının təqdimatı keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirin aparıcısı tanınmış tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir kitabın sırf elmi-filoloji aspektdən araşdırıldığını və müəllifin Xatirə Fərəcli yaradıcılığına bir qədər də fəlsəfi rakursdan yanaşdığını iştirakçıların diqqətinə çatdırıb, kitabla bağlı müəyyən məlumatlar verib.
Tanınmış şair Ofelya Babayeva kitabdakı elmi cəhətləri vurğulamaqla, müəllifin filoloji sahədə müəyyən qeyri-adiliklər etməsinə diqqət çəkib. Nəğməkar şair Yusif Nəğməkar kitabdakı fəlsəfi nüansları müəllifin uğuru kimi qiymətləndirərək nəşrlə bağlı fikirlərini bölüşüb.

Digər çıxış edənlər- alim Nizami Muradoğlu, şair-publisistlər Şöhlət Əfşar, Balayar Sadiq, Arif Musa, Nəcibə İlkin, Xalidə Nuray, İbrahim İlyaslı, Sona Abbasəliqızı, Qənir Mehdixanlı, Fəxrəddin Meydanlı, Əməkdar jurnalist Rəhman Orxan, jurnalist Natella Asena və digərləri Hikmət Məlikzadənin poetik yaradıcılığı ilə yanaşı, elmi yaradıcılığına da müxtəlif rakurslardan münasibət bildiriblər, təqdim olunan kitabın maraqlı araşdırma və qeyri-adi bir tədqiqat işi olduğunu söyləyiblər, müəllifə uğurlar arzulayıblar.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən müəllif bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcəyini söyləyib.

Qeyd edək ki, gözəl şeirlər müəllifi Xatirə Fərəcli eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsində məsləhətçi vəzifəsində çalışır, daima ictimaiyyət arasındadır. Ədəbi mühitdə öz yeri, öz çəkisi olan xanım yazar oxucular tərəfindən də çox sevilir.

Sumqayitfakt.Az


















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər