Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Tanınmış şair, publisist Rafiq Odayla oxucuların görüşü keçirildi -ŞƏKİLLƏR

Baxılıb: 2170     Tarix: 22-10-2019 12:50   
Tanınmış şair, publisist Rafiq Odayla  oxucuların görüşü keçirildi
Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ə.Rəsulzadə adına kitabxana filialında tanınmış şair, publisist, ədəbiyyatşünas, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, respublikanın Əməkdar jurnalisti Rafiq Odayla oxucuların görüşü keçirilib.

Sumqayitfakt.Az-ın məlumatına görə tədbir Sumqayıt şəhərinin 70 illik yubileyi çərçivəsində M.Ə.Rəsulzadə adına kitabxana filialın təşəbbüsü, "Dəlidağ" və "Dan yeri" Ədəbi Birliklərinin, "Çeşmə" Ədəbi Məclisinin və Azərbaycan Aşıqlar Birliyinin Sumqayın regional bölməsinin birgə təşkilatçılığı ilə hazırlanmışdır.
“Rafiq Oday dünyası” adlandırılan, iştirakçıları əsas etibarilə oxucular - Sumqayıt şəhər 1 və 14 saylı tam orta məktəbin, Sumqayıt şəhər TET Gimnaziyanın, Zəngilan rayon 5 saylı tam orta məktəbin şagirdlərindən ibarət olan tədbirdə, həmçinin şairin qələm və məslək dostları da iştirak etmişdir.
Tədbiri giriş sözü ilə kitabxana filialın müdiri Ofelya Qafarova açaraq görüşün məqsəd və qayəsindən danışaraq, qeyd etmişdir ki, Rafiq Oday geniş və çoxşaxəli ədəbi-bədii fəaliyyətlə məşğul olur. 15 kitab müəllifi olan Rafiq Oday indiyə kimi 1000-dən artıq kitaba naşirlik etmiş, 500-ə yaxın kitabın redaktoru olmuş, 100-dən artıq kitaba ön söz yazmış, şairlərin yaradıcılığını təhlil etmiş, həmçinin Sumqayıt və ətraf rayonlarda yaşayan qələm adamlarının əsərlərindən ibarət 15 almanax tərtib edib, nəşr etdirərək oxucuların ixtiyarına vermişdir.

Sonra torpaqlarımızın azadlığı uğrunda aparılan doyüşlərdə qəhrəmanlıqla şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sual-cavab formatında qurulan tədbirdə şairin qələm dostları – Əməkdar jurnalist Rəhman Orxan, Namiq Dəlidağlı, Firdovsi Cəfərxan, Nisə Heydərli, Sevinc Qərib, Sabir Yusifoğlu, Xatirə Fərəcli, Lilpar Cəmşidqızı, Qənirə Mehdixanlı, Zümrüd Baloğlanova, Rahilə Veysəlli, Əlhəddin Cekli Paşayev, Süleyman Sərraf, Polad Sabirli, Gülvin Gülpinar, Güloğlan Dünya, Sübhan Arifoğlu, Şərbətəli Mahmudov, Cəbrayıl Topcaqlı və digərləri Rafiq Oday yaradıcılığına münasibət bildirmiş və onları maraqlandıran suallara cavab almışlar.

Aşıq Cəmil Aslanoğlu öz ifası ilə məclisə yeni rəng qatmış, bədii qiraət ustası Gülnarə Şöhrəddinqızının səsləndirdiyi şeirlər iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Tədbirdə adları qeyd olunan məktəblərin şagirdlərinin Rafiq Odayın şeirləri əsasında təqdim etdikləri kompozisiyalar maraqla qarşılanmışdır.

Görüşdə həmçininin oxucuların çoxsaylı sualları cavablandırılmışdır.

Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ə.Rəsulzadə adına kitabxana filialının müdiri Ofelya xanım Qafarovaya şair və yazıçıların əsərlərinin təbliğinə və qələm adamlarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən Fəxri fərman təqdim olunmuşdur.

Uzun müddət iştirakçıların yaddaşından silinməyəcək tədbirin sonunda müəllif “Qərib ruhların nəğməsi” kitabını öz imzası ilə oxuculara bağışlamış və xatirə şəkilləri çəkilmişdir.

Mərcan Sabirqızı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sumqayitfakt.Az






















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər