Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda “Biz müstəqilik!” adlı möhtəşəm flaşmob keçirildi -ŞƏKİLLƏR

Baxılıb: 4169     Tarix: 16-10-2019 18:41   
Sumqayıtda “Biz müstəqilik!” adlı möhtəşəm flaşmob keçirildi

18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Heydər Əliyev Mərkəzinin qarşısında yüzlərlə gəncin iştirakı ilə “Biz müstəqilik!” adlı flaşmob keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, şəhər İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, müxtəlif sahələri təmsil edən gənclər, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak edib.

Flaşmobun keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi, müstəqillik tariximizin qeyd edilməsi, Dövlət atributlarına olan məhəbbət hissinin gücləndirilməsi, şəhərimizin əsrarəngiz simasının təbliği və bu sahədə həyata keçirilən işlərin daha geniş auditoriyaya çatdırılmasıdır.

Açılış mərasimində çıxış edən şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Dövlət Müstəqillik gününün tarixindən, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin özü ilə bərabər Azərbaycan dövlətinə siyasi müdriklik gətirməsindən, bu gün isə Ulu Öndərin müəyyənləşdirdiyi milli strategiyanın layiqli davamçısı Prezident cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanda dövlət quruculuğunun yeni mərhələsindən, regionların o cümlədən Sumqayıtın sosial-iqtisadi inkişafından danışmışdır. Qeyd edildi ki, bütöv Azərbaycan gəncliyinin fonunda Sumqayıt gəncləri də ölkəmizin inkişafı istiqamətində görülən işlərdə və müstəqilliyimizin qorunub saxlanmasında ölkə rəhbərinin ətrafında sıx birləşmiş və ona dəstəyini daima nümayiş etdirmişdir.

Sonra vahid formalı geyimdə olan yüzlərlə gənc əllərindəki göy, qırmızı, yaşıl rəngli lövhələrlə “Biz müstəqilik!” yazısını canlandıraraq flaşmob təsvirini reallaşdırmışlar.

Flaşmobu izləməyə gəlmiş tamaşaçılar əllərindəki bayraq və şarlarla tədbirə xüsusi rəng qatdılar.

Şəhər ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan tədbir bayrağımıza, dövlətçiliyimizə, vətənimizə olan sevginin və qürurun bariz nümunəsidir.

Sumqayitfakt.Az










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər