Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Süleyman Hüseynovun "Tale şəhəri" -Esse

Baxılıb: 2325     Tarix: 16-10-2019 13:09   
Süleyman Hüseynovun "Tale şəhəri"
TALE ŞƏHƏRİM
Esse

Hər insan doğulanda alın yazısı yazılır. Bundan qaçmaq mümkün deyil. Mənim də taleyimdə belə yazı var-həyat yolum, sevinc və kədərlərim...Eləcə də SƏN taleyimə yazılmısan-anadan olduğum gündən düz iki ay sonra dünyaya göz açan SƏN! Bunu ilk dəfə SƏNi 1964-cü ildə görəndə duydum. Duydum ki,SƏN taleyimsən,bəxtimsən! SƏN mənimsən, mən də sənin Məcnunun! Və beləcə həyat düz 70 ildir davam edir... Müharibənin fəsadları içində yarandıq. Aclıq, ehtiyacla sınağa çəkildik.Sinən üstə yeni bir cəbhə açıldı-əmək cəbhəsi. Bu cəbhə sanki müharibənin davamı, islah, sınaq meydanı idi.Vətən oğul-qızları ilə birgə əsir almanlar SƏNi Xəzərin qumlu sahilində qurdular,hər qarış torpağa can verirdilər. Mənim kimi minlərin tale şəhəri yaranırdı. ...”Canlanır hər qarış çöl Sumqayıtda, Xarüqələr yaradır el Sumqayıtda...” Bu xarüqələr asan başa gəlmirdi. Zəhər püskürən zavodlar orden-medallar, qırmızı bayraqlarla yanaşı xəstəliklər, vaxtsız ölümlər, genofondun məhvi kimi bəlalar da gətirirdi.Canına,qanına xlor, civə, amin kimi ölümcül zəhərlər hopurdu, Xəzərin nəfəsinə qarışırdı. Amma hayınıza hay verən olmadı. Elə bil qəsdinə durmuşdular-dünyanın ölüm saçan yeni məhsulların istehsalı sinəndə yerləşdirilirdi, sınaqdan keçirilirdi. İnsanların bədənindən zəhərin iyi günlərlə getmirdi. Yadındamı o vaxtkı 7 və 8 avtobus marşrutları?! Onlara minən iydən tanıyardı-7 saylıya superfosfat, sulfat turşusu, ftor qazı, 8 saylıya xlor qazı, amin turşusu hopmuşdu. İnsanlar evlərində də zəhərdən qurtula bilmirdilər. Sanki hər şey –çörək də, pal-paltar da, su da zəhər iyi verirdi... SƏNin qəsdinə duranlar yenə rahat olmurdular. Sinəndə daha bir ölüm ocağı-“Lindan” istehsalatı tikdilər. SƏN qışqırdın, haray çəkdin,yenə səsini eşidən olmadı.Yeni sağalmaz xəstəliklər tuğyan etdi, imperiya məmurları isə “olimpiya soyuqqanlığı” ilə baxdılar. Hətta SƏNi faşıstlərin qaz kamerası ilə müqayisə edən lətifələr də yayılırdı... Bütün bunlara dözmək üçün şəhərə məhkumların,ucqar dağ rayonlarından insanların axınınını təşkil etdilər. İnsanlar əlacsızlıqdan dözürdülər. SƏNinlə bərabər. Bizi sakitləşdirmək üçün SƏNə “fəxri” ad da fikirləşdilər- “Xəzərdə komsomol şəhəri”. Lakin partlayış, çaxnaşmalar da oldu.Taleyinə qirğınlar, qan düşdü.”Sumqayıt hadisələri” adlı faciəni yaşadın.Yenə dözdun, ayaq üstə möhkəm dayandın.Tarix yazan övladların tale kitabını yazdılar, sabaha ümidlə baxdılar. Yenə xarüqələr yaratdın.Lakin bu xarüqələrdən də yenə başqaları bəhrələndi. SƏNə vəzifə karyerası üçün “tramplin” kimi baxdılar.SƏNə doğma yox, yad oldular... Lakin və lakin! SƏNi sevən Sum adlı oğulların tale yoluna parlaq işıq saçdılar, qaranlıqları əritdilər. SƏNə yeni həyat verdilər.

Hamı bir ağızdan yenə oxudu-“Xarüqələr,möcüzələr yaradır el Sumqayıtda! Çiyninə sülh göyərçini qondu, məramının təcəssümü kimi. Xəzər də azad nəfəs aldı. Sumqayıt bulvarı yeni tarıxın əzəmət nümunəsi oldu. Xəzri küləyi yenə xoş müjdələrlə əsdi... Bu gün ikimiz də 70 illiyin astanasındayıq. Bir daha ötənləri xatırlayıram. Tramvaylı-trolleybuslu günlərimizi, avtobuslardan sallaşaraq işə getdiyimiz günləri xatırlayıram.“Mavi işıq” gecələrini xatırlayıram. Şəhər bağındakı yay rəqs meydançası gənclərin sevimli yeri idi. ”Yaşıl bina”nın yanında Leninin həmişəyaşıl portreti və təqvim yanında xatirə şəkli çəkdirərdik. Oğru aləminin “At Balaxanım”ını xatırlayıram. Qazlı su avtomatlarını, kinoteatrlarda uzun-uzadı növbələri xatırlayıram. Səhər tezdən alverçilərin bizi yuxudan oyadan “xlor var,xlor!” qışqırığı hələ də qulaqlarımda cingildəyir... “İnşaatçı”,“Polad” komandalarına azarkeşlik etdiyimiz vaxtlar yadındamı?! Futbola indiki kimi tək uşaqlar,gənclər yox,yaşlılar, ailəvi gedərdilər...Zeytun ağacları sıralı küçələrində,döngələrində izim qalıb.Əbədi,silinməz... Burda ilk görüşə getmişəm.Həyat yoldaşı,ata,baba olmuşam. Məsəl var deyirlər səksən-doxsan,bir gün yoxsan. Amma SƏN əbədiyaşarsan! Səni sevərək yaradıb-quranlarınla məni də əbədi yaşadacaqsan!Buna əminəm! Günümüz,yubileyimiz mübarək, Sumqayıtım!

Süleyman Hüseynov
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər