Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Türk şairi Özcan Ünlü Sumqayıt "Poeziya Evi"nin qonağı olub - ŞƏKİLLƏR

Baxılıb: 2135     Tarix: 13-10-2019 17:03   
Türk şairi Özcan Ünlü Sumqayıt "Poeziya Evi"nin qonağı olub
Əli Kərim adına Sumqayıt Poeziya Evində “Evimizin Fəxri qonağı” silsiləsindən növbəti tədbir keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki,bu dəfə Poeziya Evinin qonağı görkəmli türk şairi və jurnalisti, Türk Ədəbiyyatı Vakfının sədri Özcan Ünlü olub. Sumqayıtlı yazarların iştirakı ilə keçirilən tədbirə Özcan Ünlü Azərbaycanda nəşr olunmuş “Günəbaxan” şeirlər kitabı ilə gəlib. Tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı Azərbaycan-Türkiyə ədəbi əlaqələrində qazanılan uğurlarda Türk ədəbiyyatı Vakfının, eləcə də “Türk Ədəbiyyatı” dərgisinin rolundan danışıb, Özcan Ünlünü Azərbaycanda kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib.
Tədbirdə iştirak edən Türkiyəli qonaq, taınmış nasir, Türkiyədə Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı İmdat Avşar, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AYB Mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza, sumqayıtlı yazarlardan, eyni zamanda “Günəbaxan”ı Azərbaycan türkcəsinə çevirənlərdən biri, taınmış şair Ofelya Babayeva, "Xalq Qəzeti"nin bölgə müxbiri, şair-jurnalist Əli Nəcəfxanlı, AYB Qubadlı RB-nin sədri, bədihəçi-şair Namiq Məna, PE-nin metodisti, yazıçı Almaz Bəyazid, şair Nadir Azayoğlu, AYB SB-nin sədri, şair Gülnarə Cəmaləddin, AYB SB-nin məsləhətçisi, şair Xatirə Fərəcli, şair-tərcüməçi Rəfiqə Şəms, şair Hikmət Fərzəli, şair Elvin Əlizadə iştirak və çıxış ediblər. Çıxış edənlər Azərbaycan-Türkiyə ədəbi əlaqələrindən və “Günəbaxan”ın bədii məziyyətlərindən danışıblar.
Poeziya Evinin direktoru İbrahim İlyaslı sonda Türkiyə-Azərbaycan ədəbi əlaqələrində göstərdikləri xidmətlərə görə Özcan Ünlünü “Evimizin Fəxri Qonağı”, İmdat Avşarı isə “Poeziya Evinin Fəxri üzvü” diplomları ilə təltif edib.
Özcan Ünlü yeni nəşr olunmuş kitabına münasibət bildirən azərbaycanlı qələm dostlarına, kitabın Azərbaycan dilinə uyğulanmasında və nəşrində əməyi keçənlərə və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və bir neçə şeirini səsləndirib.

Sumqayitfakt.Az







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər