Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Boks üzrə Sumqayıt birinciliyi sona çatdı -ŞƏKİLLƏR

Baxılıb: 494     Tarix: 07-10-2019 19:06   
Boks üzrə Sumqayıt birinciliyi sona çatdı
03-06 oktyabr 2019-cu il tarixlərində Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş boks üzrə 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyi keçirilmişdir.

Yarışın açılış mərasimində çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov çıxış edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etmişdir.

E.Hümbətov daha sonra ölkəmizdə idmanın sürətli inkişafından danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm İdman Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs etmiş və sonra yarış iştirakçılarına uğurlar arzu etmişdir.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə 110 nəfərdən artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır. Nihad Daşdəmirov (26 kq), Harun Süleymanov (28 kq), Nihad Qasımov (30 kq), Ağarəhim Səfərov (32 kq), Nurlan Vahidli (32 kq), Akşin Əlizadə (34 kq), Sübhan Babayev (34 kq), Əziz Abdullayev (35.5 kq), Nurlan Hacızadə (35.5 kq), Ayxan Məmmədzadə (37 kq), Həsən Əbdüləliyev (38.5 kq), Rəsul Əbilov (40 kq), Tofiq Zairov (41.5 kq), Kənan Aslanlı (43 kq), Eldar Abdullazadə (46 kq), Fikrət Xudiyev (48 kq), Amin Məmmədzadə (50 kq), Raul Musayev (52 kq), Eşqin Səfərli (59 kq) və Ramazan Həmidov (+59 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyələri ilə təltif olunmuşlar.

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər