Xəbər xətti
18-10-2021
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

60 yaşın mübarək, ŞƏHİD ANASI!

Baxılıb: 2774     Tarix: 03-10-2019 14:38   
60 yaşın mübarək, ŞƏHİD ANASI!
Sumqayıt Regional Mədəniyyət idarəsinin məsləhətçisi Ceyran Axundovanın 60 yaşı tamam olur.

Sumqayitfakt.Az xəbər verir ki, bu münasibətlə Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov uzun illər mədəniyyət sahəsində fəaliyyət göstərən, yüksək təşkilatçılıq qabiliyyəti, insanpərvərliyi, işinə olan məsuliyyəti ilə hər kəsin rəğbətini qazanan Ceyran Axundovanı təbrik edib, xoş arzularını çatdırıb, fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki,Ceyran Axundova şəhid Əbdülməcid Axundovun anasıdır.

Ceyran Allahyar qızı Axundova 1959 cu il 15 avqustada Dəvəçi rayonunda anadan olub. 1976-cı ildə Dəvəçşi rayon T.Abbasov adına orta məktəbi bitirdikdən sonra Dəvəçi rayon Kommunal Təsərrüfatı idarəsində kadr işləri üzrə inspektor vəzifəsində işləyib. 1978-1980-ci illərdə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun “Kitabxanaçılıq” fakultəsində, 1981-1987-cı illərdə Bakı Dövlət Universitetində təhsil alıb. 1980-1989-cu illərdə Dəvəçi rayon Sarvan kənd kitabxanasında böyük kitabxanaçı, 1990-1995-ci illərdə Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində komplektləşdirmə və kitabişləmə şöbəsində redaktor, böyük redaktor, 1995-2007-ci illərdə həmin şöbənin müdiri vəzifələrində işləyib. 2007-2016-cı illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin, 2017-ci ildə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi vəzifəsində çalışıb. 2018-ci ildən isə Sumqayıt Regional Mədəniyyət idarəsinin məsləhətçisidir.
Iki oğlundan biri- 1993-cü il təvəllüdlü Əbdülməcid Nadirşah oğlu Axundov 2016-cı il aprelin 2-də hərbi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.

P.S.Sumqayitfakt.Az ailəsi olaraq, Ceyran xanımı təbrik edir, ona can sağlığı,gözəl günlər və işlərində uğurlar arzulayırıq.



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər