Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda yazıçı Süleyman Hüseynovun 70 illik yubuleyi keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 274     Tarix: 02-10-2019 20:24   
Sumqayıtda yazıçı Süleyman Hüseynovun 70 illik yubuleyi keçirilib
Şair, yazıçı-publisist, tərcüməçi Süleyman Hüseynovun 70 illik yubileyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib.

Sumqayitfakt.Az-ın məlumatına görə Azərbaycan Yazıçılar Birliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir N.Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutub.Tədbirdə yubiliyarın mühəndis həmkarları, qələm dostları, ictimaiyyət nümayəndələri, oxucular və digər qonaqlar iştirak edib. Maraqlı səhnəciklə başlayan tədbir qonaqlarda xoş əhval yaradıb. Tədbir Əməkdar artisti Cəlal Məmmədovun aparıcılığı ilə davam edib. O, Süleyman Hüseynovun yaradıcılğı haqqında geniş məlumat verdikdən sonra çıxış üçün sözü Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədova verib. T.Səmədov qonaqları və yubiliyarı salamladıqdan sonra İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun yazarlara olan diqqət və qayğısından, onlar üçün yaradılan şəraitdən danışıb.Çıxışın sonunda birinci müavin icra başçısı və nümayəndəliyi adından yubiliyara təbrik ünvanlayaraq, hədiyyələr təqdim edib.
Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi şair Dayandur Sevgin, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Respublika Mədəniyyət Işçiləri Həmkarlar Ittifaqı Sumqayıt şəhər Kоmitəsinin sədri,şair Əşrəf Veysəlli, Bakı Slavyan Universitetinin dosenti Fikriyyə Muradova, “Exo Sumqayıt” qəzetinin baş redaktoru Eyruz Məmmədov, tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli yubliyarı təbrik edib ona xoş arzularını çatdırıblar.
Yubilyarın qardaş ölkələrdən təşrif edən dostları , Daşkənd "Sredazsvetmetenerqo" Səhmdar Cəmiyyətinin baş direktoru Mixail Kostetski, Tacikistanın sabiq müdafiə sənayesi naziri, millət vəkili Qnaforxo Muxiddinov da təbriklərə qoşularaq şairə Asiya milli geyimi və müxtəlif hədiyyələr təqdim ediblər.
Tədbir boyunca Azərbaycan Respublikasının əməkdar artisti Nahidə Orucova, Sumqayıt Dövlət Dram Teatrının aktyorları İlahə Səfərova, İzaməddin Bağırov, Sabir Sarvan adına “Uşaq Poeziya klubu”nun üzvləri Cavidan Mirzəzadə, Aynur Kərimova,42 saylı məktəbin şagirdi Nisə Cəllili, Xəzər rayonu, Binə qəsəbəsi, 218 saylı tam orta məktəbin şagirdi Mədinə Hümbətova şairin şeirlərindən nümunələr səsləndirərək gecəyə gözəllik qatıblar.
Süleyman Hüseynovun Qarabağ mövzusuna həsr etdiyi “And” romanından bir parça nümayiş etdirən Sumqayıt Dövlət Dram Teatrının aktyorları İlahə SəfərovaOktay Mehdiyevin ifası təsirli və yaddaqaln olub.Tədbirə rəng qatan daha bir ifa isə Azərbaycan Aşıqlar Birliyinin üzvü Əfsanənin oldu .
Sonda yubliyara söz verildi. Səbəbkar tədbirin təkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək, yeni şeirlərini səslndirdi.

Sevinc Qərib
Sumqayitfakt.Az






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər