Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Məmmədyarovla Rəcəbov 1/8 finalda qarşılaşacaqlar

Baxılıb: 252     Tarix: 18-09-2019 09:13   
Məmmədyarovla Rəcəbov 1/8 finalda qarşılaşacaqlar


Sentyabrın 17-də Xantı-Mansiyskdə Şahmat üzrə Dünya Kuboku Turnirinin onaltıdabir final mərhələsinin ikinci partiyaları oynanılıb.

Sumqayitfakt.Az Azərtac-a istinadən bildirir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov komanda yoldaşı Eltac Səfərli ilə, Teymur Rəcəbov isə rusiyalı Daniil Yuffa ilə qarşılaşmada heç-heçə edib. Ş.Məmmədyarov və T.Rəcəbov birinci partiyada qalib gəldikləri üçün səkkizdəbir final mərhələsinə vəsiqəni təmin ediblər. Azərbaycan şahmatçıları T.Rəcəbov və Ş.Məmmədyarov dünya kubokunun səkkizdəbir final mərhələsində üz-üzə gələcək.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, bu gün isə Eltac Səfərli digər şahmatçımız Ş.Məmmədyarova məğlub olaraq mübarizəni dayandırıblar.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər