Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

AzTV-nin yeni sədri kimdir? - DOSYE

Baxılıb: 348     Tarix: 04-09-2019 18:30   
AzTV-nin yeni sədri kimdir? - DOSYE
Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Sumqayitfakt.Az modern.az-a istinadən Rövşən Məmmədovun tərcümeyi-halını təqdim edir:

Rövşən Raqif oglu Məmmədov 15 iyun 1979-cu ildə Azərbaycan Respublikasının Ağstafa rayonunda anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin bakalavr, 2002-ci ildə isə BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura pilləsini bitirib.

2006-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası”nda fəlsəfə doktoru dərəcəsi alıb.

2016-cı ildə isə Bakı Slavyan Universitetinin “Filologiya və jurnalistika kafedrası”nda “Müstəqillik dövründə Avropada Azərbaycan diaspor mətbuatı və milli ideologiya məsələləri (Almaniya, Fransa, Türkiyə, İngiltərə)” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi alıb. 3 kitab müəllifi olan R.R.Məmmədovun 40-dan çox elmi məqaləsi Azərbaycanda və xaricdə müxtəlif dillərdə nəşr edilib.

R.R.Məmmədov müxtəlif vaxtlarda Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Universitetində, hal-hazırda isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Jurnalistika fəaliyyətini davam etdirən Rövşən Məmmədov uzun müddət “Lider” Televiziyasında müxtəlif vəzifələrdə çalışmışdır. 2010-cu ildə həmin TV-nin İdman redaksiyasının rəhbəri olub.

R.R.Məmmədov 2015-ci ildən etibarən Azərbaycan Televiziyasında (AzTV) “Günün nəbzi”, “Əsas məsələ” və “Həftə” verilişlərinin aparıcısı olub. Daha sonra isə "Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunub. 15 yanvar 2019-cu ildən sədr müavini təyin olunub və bu günə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edirdi.

R.R.Məmmədov Azərbaycan Prezidentinin Sərəncamı ilə 20 iyul 2015-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Rus və ingilis dillərini bilir.

Evlidir, iki övladı var.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər