Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

12 yaşlı uşaq polis bölməsində döyülüb?

Baxılıb: 4106     Tarix: 18-08-2019 12:12   
 12 yaşlı uşaq polis bölməsində döyülüb?


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə 12 yaşlı oğlan uşağının 20 dəfə polis tərəfindən saxlanılması və hər dəfə də polislər tərəfindən döyülməsi barədə məlumata münasibət bildirib. Mməsələ dərhal araşdırılıb.

Qeyd olunub ki, həmin statusu özünü hüquq müdafiəçisi adlandıran Taleh Xasməmmədov yazıb.

“Onun “can yandırdığı” azyaşlı Göyçay şəhərində yaşayan 12 yaşlı Elməddin Nuriyevdir. Atası vəfat edəndən sonra anası onu tam nəzarətsiz qoyub. Nəticədə uşaq şəhərin küçələrində avara həyat tərzi keçirib. Elməddin xırda oğurluqlar törətməkdən belə çəkinmir. Həm sakinlərin müraciəti, həm də bu azyaşlının özünün təhlükəsizliyi ilə əlaqədar o T.Xasməmmədovun dediyi kimi 20 dəfə deyil ondan da çox polisə gətirilib. Hər dəfə də onunla tərbiyəvi, profilaktik söhbətlər aparılıb və rayonun Mutu kəndində yaşayan babasına, əmisinə təhvil verilib.

O ki qaldı 12 yaşlı uşağın polislər tərəfindən döyülməsinə Taleh Xasməmmədov tam yalan danışır. Polis azyaşlı kimsəsiz uşağı niyə döyməlidir ki? Əgər ona qarşı polisdə hər hansı bir təzyiq olsaydı “hüquq müdafiəçisi”ndən əvvəl uşağın babası, əmisi hüquq-mühafizə orqanlarına müraciət edərdilər. Əksinə, o hər dəfə Şöbəyə gətiriləndə ona qayğı göstərilib, onunla tərbiyəvi söhbət edilib. O da bundan sonra həmişəlik babasının yanında qalacağına, oğurluq etməyəcəyinə söz verib.

Lakin bir neçə gündən sonra Elməddin yenidən küçələrdə peyda olub. Ona görə də Taleh Xasməmmədova məsləhət görərdim ki, gündəmdə qalmaq üçün şər-böhtandan istifadə etməkdənsə, getsin başqa metod tapsın”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər