Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

MİQ-29-un bəzi hissələri dənizdən çıxarılıb – Pilot və kreslo tapılmır

Baxılıb: 438     Tarix: 14-08-2019 17:18   
MİQ-29-un bəzi hissələri dənizdən çıxarılıb – Pilot və kreslo tapılmır
Qəza nəticəsində Xəzər dənizinə düşən və artıq yeri müəyyən edilən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin sudan çıxarılması və pilot Rəşad Atakişiyevin axtarışları sürətlənib.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə "Yeni Sabah”a Rəşad Atakişiyevin yaxını, keçmiş dövlət müşaviri Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, təyyarənin yerinin müəyyən edilməsi və hava şəraitinin normal olması axtarış-çıxarma işlərinin sürətləndirib.

"Hava şəraitinə görə işlər ləng gedirdi. Dənizdə qum fırtınasının baş verməsi dalğıcların fəaliyyətinə ciddi əngəl törədirdi. Amma bu problem nisbətən azalıb və işlər sürətlənib. Artıq təyyarənin təkərləri, motoru sudan çıxarılıb.

Onu da deyim ki, təyyarə suya düşəndə parçalanıb və onun hissələri 1 kilometr radiusda ətrafa səpələnib. Ona görə də çıxarma işləri o qədər də asan deyil”.

Pilotla bağlı məsələyə gəlincə, Qabil Hüseynli deyib ki, bu istiqamətdə heç bir yenilik yoxdur: "Məlumdur ki, pilot katapult etməyib. Amma hələ ki, heç oturacağı da tapılmayıb. Ümumiyyətlə, pilot və "qara qutu”ya işarə edən heç nə tapılmayıb”.

Qabil Hüseynli hadisənin səbəbləri ilə bağlı irəli sürülən ehtimallara da toxunub. "Ehtimallardan biri budur ki, qəzaya quşun təyyarəyə toxunması səbəb ola bilər. Təyyarənin nasazlığı da ehtimallardan biridir. Lakin bunun üzərində çox dayanmırlar.

Başqa bir ehtimal isə Rəşad Atakişiyevin səhhətində problemlərin ola biləcəyi barədədir. Lakin Rəşad Atakişiyev indiyə qədər səhhətindən şikayət etməyib. Bundan başqa, onlar hər il sağlamlıqla bağlı müayinədən keçirlər. Eyni zamanda bəzi idman növləri üzrə normativləri yerinə yetirməlidirlər. Səhhətində problem olanlar bu normativləri yerinə yetirə bilməzlər”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər