Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Nisə Heydərliyə "Müqəddəs Qələm" diplomu təqdim olundu -ŞƏKİLLƏR

Baxılıb: 2120     Tarix: 28-07-2019 16:05   
Nisə Heydərliyə "Müqəddəs Qələm" diplomu təqdim olundu
"Dəlidağ", "Dan yeri" Ədəbi Birliklərinin və "Çeşmə" Ədəbi Məclisinin növbəti müştərək tədbiri keçirildi.

Ədəbi birliklərin istər Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar, istərsə də "Gənc yazarlara dəstək" layihəsi çərçivəsində və eləcə də tarixi hadisələri əks etdirən günlərlə bağlı keçiirdiyi tədbirlər artıq ənənə halını alıb. Aylardan bəri davam edən silsilə tədbirlər mahiyyət etibarı ilə sözə, ədəbiyyata xidmət xarakteri daşıyır. Müxtəlif müəlliflərin yaradıcılığına nəzər, şeirlərin müzakirəsi, gənc yazarlara tövsiyə, təqdimatlar və sözün, poeziyanın dəyərdən düşməməsinə, yaşamasına, inkişafına yönəlmiş tədbirlər ədəbi birliklərin ideya xəttinə uyğun olaraq davam edir.
Sumqayitfakt.Az xəbər verir ki, növbəti tədbir əsasən mükafatlandırma ilə bağlı olub.

Belə ki, "Dəlidağ", "Dan yeri" Ədəbi Birliklərinin və "Çeşmə" Ədəbi Məclisinin təşəbbüsü ilə AYB və AJB-nin üzvü, şair, jurnalist Nisə Heydərliyə Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının təsis etdiyi "Müqəddəs Qələm" diplomu təqdim olunub. Ədəbiyyat və jurnalistika sahəsində çoxillik, səmərəli fəaliyyətinə, eyni zamanda yeni işıq üzü görmüş "Bir taxt qurmuşam ölümə" adlı şeirlər kitabına verilən qiymət Nisə xanımın həmkarları tərəfindən sevinclə qarşılanıb.
"Möhtəşəm Azərbaycan" qəzetinin redaksiyasında baş tutan tədbiri griş sözü ilə AJB-nin Sumqayıt şəhər təşkilatının sədri Rafiq Oday açaraq, qonaqları salamladı, tədbirin mahiyyəti haqqında məlumat verdi.

Çıxışına davam edən R.Oday N.Heydərlinin yaradıcılığı və fəaliyyəti barədə geniş danışdı. O qeyd etdi ki, N.Heydərli uzun illərdi jurnalist kimi fəaliyyət göstərir. Bununla yanaşı o həm istedadlı şairdi, həm də gözəl publisistik yazılar müəllifidir. Bir neçə müxtəlif səpkili kitabıyla oxucularını sevindirən Nisə xanım prinsipiallığı və mətinliyi ilə çalışdığı "Möhtəşəm Azərbaycan" qəzeti kollektivinin, qələm dostlarının da sevimlisinə çevrilib. Şair və jurnalistlərdən, Firdovsi Cəfərxan, Namiq Dəlidağlı, Süleyman Sərraf, Nizami Kolanlı, Rahilə Veysəlli, Lilpar Cəmşidqızı, Sevinc Qərib, Zümrüd Baloğlanova, Aygün Hacıyeva, Mərcan Sabirqızı, Natiq İsmayıloğlu Nisə xanıma təbrik ünvanlayaraq, ona daha böyük uğur və nailiyyətlər arzuladılar.











Sonda N.Heydərli göstərilən etimada və təbriklərə görə hərkəsə təşəkkürünü bildirdi. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.



Rəsmi hissə başa çatdıqdan sonra tədbir iştirakçıları eyni tərkiblə gəzinti və iməcilik məqsədilə simvolik olaraq "Jurnalistlər bağı" adlandırdıqları məkana yollandılar. Məkan səliqə-sahmana salındı, xırda təmir işləri görüldü. Ardından müxtəlif meyvə ağacları ilə əhatələnmiş bağa baxış keçirildi. Yadda qalan günü əbədiləşdirmək üçün şəkillər çəkildi.

Sevinc Qərib
Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər