Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Generalın yaralı əsgərin başından öpməsi… - Deputat

Baxılıb: 279     Tarix: 19-07-2019 18:23   
Generalın yaralı əsgərin başından öpməsi… - Deputat
Bu ilin əvvəlindən Ermənistan-Azərbaycan sərhəd xəttində Azərbaycan tərəfində sərhədi Milli Ordunun deyil, Dövlət Sərhəd Xidmətinin əsgərləri qorumağa başladı. Sərhəd olmasına baxmayaraq, əslində bu qonşu ölkə ilə əsl cəbhə xəttidir: qarşı tərəfdə Ermənistan ordusu keşik çəkir, erməni hərbçiləri vaxtaşırı Azərbaycan ərazisini atəşə tutur, düşmən tərəfdən ərazimizə təxribatçı qruplar göndərilir.

Sumqayitfakt.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, ona görə də ilk dövrlərdə Ermənistanla cəbhə xəttində sərhədçilərin yerləşdirilməsi barədə suallar qalxırdı:

“Ancaq ötən müddət sərhədçilərin öz üzərlərinə düşən vəzifəni yüksək məsuliyyətlə yerinə yetirdiklərinin şahidi olduq. Dünən Ermənistan silahlı qüvvələri Qazax istiqamətində növbəti dəfə Azərbaycan sərhəd postlarını atəşə tutdular. Onlara cavab atəşi verildi və hadisə zamanı sərhədçi əsgər, sıravi Ceyhun Bayramov yaralandı.

Hadisə barədə məlumat daxil olan kimi Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bölgəyə yollanır, şəraitə qiymət verir. Mövqeyimiz bir daha yoxlanılır, müvafiq tapşırıqlar verilir. Ən əsası isə yaralının müalicəsi ciddi nəzarətə götürülür. Yaralı əsgər helikopterlə Bakıya hərbi hospitala gətirilir. Ailəsinin Bakıya gəlməsi təmin edilir və müalicəsi barədə onlara məlumat verilir. Yaralıya baş çəkən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev əsgər Ceyhun Quliyevə göstərdiyi mətinliyə görə təşəkkür edir, onu “Vətənin layiqli əsgəri” adlandırır. Əsgərin xidmət müddətinin bitməsinə az qaldığına görə və yaralandığı nəzərə alınaraq ona vaxtından əvvəl tərxis olunmaq təklif edilir. İgid sərhədçi bundan imtina edir, sonadək əsgəri xidmətini çəkmək istədyini bildirir. Generalın yaralı əsgərin başından öpməsi şəkli bu gün saytlarda və sosial şəbəkədə geniş yayılmaqdadır. Bu, müstəqil dövlətimizin biri general, biri sıravi rütbəsində olmaqla iki əsgərinin sıx birlik görüntüsü hesab edilə bilər”.

Aydın Mirzəzadə qeyd edib ki, belə igid əsgər bu gün Azərbaycan gəncləri üçün bir nümunədir, gənc nəslin torpaqlarımızın qorunması uğrunda qətiyyətinin simvoludur:

“Əsgəri xidmət müddətini axıracan çəkmək istəyən yaralı əsgər bugünkü reallığımızın yetirməsidir. Fikrimcə, belə qəhrəman əsgəri istisna hal kimi imtahansız Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul etmək də olar”.teleqraf.com

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər