Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

"Güclərini mənə yox ermənilərə göstərsinlər" - Qorxmaz Əlili qaçqınlardan şikayətləndi

Baxılıb: 4144     Tarix: 17-07-2019 13:27   
"Güclərini mənə yox ermənilərə göstərsinlər" - Qorxmaz Əlili qaçqınlardan şikayətləndi


Üç il bundan əvvəl, öz feysbuk səhifəmdə, yazmışdım ki, "qaçqınlara Bakı lazım idi gəldilər, vəzifə lazımdı aldılar, var-dövlət lazım idi qazandılar, məcburi köçkünləri palatkalarda saxlayıb xaricə reklam etdilər onların da pulların əksərini yedilər.”

İndi soruşan gərək ki, məgər 1 milyon məcburi köçkünlərimiz hamısı Bakıdadı? Hamısı vəzifə sahibidi? Hamısı var-dövlət sahibidi? Hamısı pulları öz ciblərinə mənimsəyiblər?

Azərbaycan xalqı məcbur olub yaşadığı yerləri tərk ediblər. Hər birimiz o həyatı yaşaya bilərik. Onlar silahsiz, əli yalın düşmənlə necə vuruşmalı idi? Kənarda da kömək, yardım yox idi. Məcbur olub gəliblər və olublar "məcburi köçkün”.

Qaçqın isə o adamlardı ki, əvvəlcədən hadisələrin gedişatın bilib var dövlətin, ailəsin götürüb Bakıya qaçıblar. Mən həmişə müsahibələrimdə demişəm: Azərbaycan xalqı heç vaxt qaçqın ola bilməz!!! Bu ad bizə şərəf gətirməyib və gətirməyəcək də.

Mən 20 il bağımı məcburi köçkünlərə pulsuz vermişəm ki, yaşasınlar. Hər iki ildən bir təzə ailələr gəlib qalıblar. Bir dəfə də olsun bağımı belləməyiblər, meynələri kəsdirmiyiblər. Axırda da mənə 2000 manat pul işıq borcu qoyub getdilər. Bağımı satandan sonra mənə bağın təzə sahibi zəng vurub abrımı tökdü ki, belə bağ olar? Elə bil Balaxanı zibilliyidi. Bağda 20 il ərzində çalalar qazıblar, salafan klyoklara zibilləri doldurublar, fanta, kola və s. içkilərin kapron qabları ilə bir yerdə çalalara doldurub üstünü qumla örtüblər.

Bir dəfə də olsun mediada şikayət eləməmişəm. İndi mənim yaxşılığlarımın əvəzu bu oldu? Canları sağ olsun. Onu bilsinlər ki, mən Qarabağlılar və Qərbi Azərbaycanlılarla ailəvi dostluq edirəm. Onlar həqiqəti bilirlər.

Mən istərdim ki, saytlarda, instaqramlarda məni haqsız təhqir edənlər güclərini mənə yox ermənilərə göstərsinlər. 30 ildi torpağlar tapdaq altındadı. İnternetdə boş vaxtlarını keçirməkdənsə fikirləşsinlər ki, dədə-baba torpaqlarını necə etsinlər ki, düşməndən azad etsinlər.

Söyməyi hamı bacarar, amma Milli Qəhrəman Mübariz kimi qəhrəmanlıq, mərdlik hər kəs bacara bilməz. Tanrı bütün şəhidlərimizin ruhun şad eləsin. Qanları yerdə qalmaz İNŞAALLAH!!! (demokrat.az)

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər