Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Alimlərdən həyəcan təbili: Buzlaqlar əriyir, meşələr yoxa çıxır... – Qiyamət başlayır?

Baxılıb: 395     Tarix: 15-07-2019 19:27   
Alimlərdən həyəcan təbili: Buzlaqlar əriyir, meşələr yoxa çıxır... – Qiyamət başlayır?
İyun ayının əvvəlindən bu yana Şimal Qütbündə baş verən şiddətli yanğınlar səbəbindən Yer kürəsinin atmosferinə daxil olan karbon dioksidin (CO2) həcmi 50 milyon tona çatıb.

Sumqyitfakt.Az xəbər verir ki, Dünya Meteorologiya Təşkilatı (WMO) bunun 2010-2018-ci illər aralığında Artikada baş verən yanğınlarda əmələ gələn karbon qazının ümumi həcmindən çox olduğunu bildirib.

WMO sözçüsü Kler Nullis bildirib ki, Şimal yarımkürəsindəki anomal istiləşmə və quraqlıq dünyanın digər bölgələrində də iqlim dəyişikliyinin sürətlənməsinə təkan verə bilər: “Yüksələn temperatur və quraqlıq iqlim dəyişikliyi ilə yanaşı, meşə yanğınları riskini artırır. Bu, fəsillərin uzanmasına da yol aça bilər”.

Şimal yarımkürəsində meşə yanğınları adətən, hər il may-iyun aylarına təsadüf edir. Lakin Nullis bu il Arktikada baş verən olayların istisna olduğunu deyib. Son üç ayda baş verən təbii yanğınlar 100 min futbol sahəsindən daha geniş əraziləri əhatə edib. Yanğınlar daha çox Alyaska, Kanadanın Alberta bölgəsi və Sibirdə baş verib.

2019-cu ilin əvvəlindən bu yana ABŞ-ın Alyaska bölgəsində baş verən yanğın hadisəsinin sayı 400-dən çox olub. Temperaturun yüksəlməsi səbəbindən Yukon çayı boyunca yanğınlar intensivləşib. Amerikanın bu bölgəsində qeydə alınan yüksək temperatur son illərin ən rekord göstəricisi olub: -32 santiqrad...

Rusiyanın Sibir bölgəsində isə temperatur 1981-ci ildən 2010-cu ilədək müşahidə olunan ortalama göstəricidən 10 dərəcə yüksək olub.

WMO dünyanın Şimal yarımkürəsinin planetin digər bölgələrindən sürətlə isindiyini və bunun meşələrin qorunmasını mümkünsüz hala gətirdiyini açıqlayıb. Tayqa meşələrinin son 10 min ildə görülməmiş formada getdikcə yoxa çıxdığı bildirilib.

Atmosferdə artan karbon qazının həcmi qlobal istiləşməni sürətləndirir. Xüsusilə 2014-cü ildə Kanadada 2.8 milyon hektardan çox meşəlik ərazinin yanması, atmosferə 103 milyon ton karbon qazının daxil olmasına yol açdı. Əlavə olaraq, yanğınlar və atmosferdə karbon dioksidin həcminin artması gələcəkdə Şimal qütbündəki buzlaqların ərimə riskini artırır. Bu eyni zamanda, atmosferdə metanın həcminin artmasına yol açacaq.teleqraf.com

Sumqyitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər