Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

GƏNCLƏRİN “YAY MƏKTƏBİ” DAVAM EDİR -ŞƏKİLLƏR

Baxılıb: 3104     Tarix: 15-07-2019 10:38   
GƏNCLƏRİN “YAY MƏKTƏBİ” DAVAM EDİR

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt gənclərinin Quba rayonunda keçirilən “Yay məktəbi” davam edir.
Yay Məktəbinin məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrası, şəhərin 70 illik yubileyinin layiqincə qeyd edilməsi, gənclərə milli-vətənpərvərlik hisslərini aşılanması, ölkəmizin bölgələrini tanımaları və asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir. Həmçinin “Yay Məktəbi”nin cari ildə də təşkil olunması barəsində şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun 16 mart 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində gənclərlə görüşündə müraciət səsləndirilmiş və müsbət qarşılanmışdır.


12 iyul 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində “Yay məktəbi”nin növbəti turunda iştirakçılar ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Daha sonra Baş İdarənin rəisi Elgün Hümbətov çıxış edərək ölkə başçısının, şəhər rəhbərliyinin, Gənclər və İdman Nazirliyinin gənclərimizə göstərdiyi diqqət və qayğıdan danışmış, yay məktəbinin məqsəd və vəzifələri, təhlükəsizlik qaydaları barədə iştirakçılara məlumat vermiş, layihənin gənclərin bilik və bacarıqlarının, artırılmasına təcrübə mübadiləsinə, dostluq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd etmişdir.

“Yay Məktəbi”ndə şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatları, şəhər təsərüfatında çalışan gənclər, mətbuat nümayəndələri, şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər və Baş İdarənin könüllülülk fəaliyyətinə cəlb olunmuş gənclər iştirak etmişlər.

Azərbaycanın qədim bölgələrindən olan Quba rayonunda təşkil olunan “Yay Məktəbi”nin iştirakçıları Quba rayonun əsrarəngiz təbiəti ilə tanış olmuş, “Mənzərə” düşərgəsində isə gənclər arasında intelektual, əyləncəli oyunlar və sosiallaşma və motivasiya mövzularında təlimlər verilmiş, yemək və çay fasilələri təşkil edilmişdir.

Sonda Yay məktəbinin iştirakçıları layihənin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilində göstərdiyi köməkliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişlər.










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər