Xəbər xətti

17-07-2019

Yazarlar




Namiq Dəlidağlı

Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Cahangir Hacıyevin Londonda daha bir şirkəti tapıldı – Aktivində 75 milyon olub… - ŞƏKİLLƏR

Baxılıb: 474     Tarix: 09-07-2019 18:02   
Cahangir Hacıyevin Londonda daha bir şirkəti tapıldı – Aktivində 75 milyon olub… - ŞƏKİLLƏR


Hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə bağlı yeni maraqlı məlumatlar yayılıb.

Sumqayitfakt.Az xəbər verir ki, azpolitika.info-nun məlumatına görə, araşdırmaçı jurnalist Cavanşir Həsənli sabiq bank prezidentinin xaricdə bəzi maliyyə əməliyyatlarını həyata keçirdiyi şirkətlə bağlı sənədləri əldə edib. Söhbət Cahangir Hacıyevin Londondakı BERKELEY BUSINESS LIMITED şirkətindən gedir.

Jurnalistin yaydığı sənədlərdən belə məlum olur ki, Beynəlxalq Bankın keçmiş prezidenti arvadı Zamirə Hacıyeva üçün "Gulfstream Aerospace” korporasiyasından 2013-ci ildə 42,5 milyon dollarlıq "Gulfstream G550″ təyyarəsini bu şirkət üzərindən sifariş edib.


"Müqaviləni BERKELEY BUSINESS LIMITED adından şirkətin hazırda Fransada yaşayan azərbaycanlı keçmiş direktoru Fərhad Rəhimov imzalayıb. O hazırda Fransada daşınmaz əmlak şirkətinin sahibidir.
Cənab Rəhimovla bu müqavilə ilə bağlı əlaqə saxlamışam. Deyir ki, o sadəcə şirkətin icraçı direktoru kimi müqaviləyə imza atıb”-deyə jurnalist yazıb.


Müəllif sənədlərə istinadən yazır ki, "Gulfstream G550″ təyyarəsinin sifarişi və pulun ödənişdən sonra, yəni 2016-cı ildə şirkətin 34.297.494 funt sterlinq (təxminən 75 milyon manat) aktivləri olub:
"Hacıyevlərin tək bir şirkətində rəsmi bəlli olanıdır bu məbləğdir. Bu oğurluqlardan uzun illər heç kimin "xəbəri olmayıb. Şirkəti hazırda Kostas NIKOLAOU adlı yunan Kiprinin vətəndaşı idarə edir.


2007-2010-cu illərdə şirkətin direktoru Azərbaycan Beynəlxalq Bankından iri məbləğdə kredit çıxarıb sonradan Londonda peyda olan Fransa vətəndaşı Xəqani Bəşirov, sonrakı illərdə Cahangir Hacıyevin ən yaxın adamlarından Dhirsingh JODHUN, Elmar Bağırzadə və Fərhad Rəhimov idarə edib”.
"Fərhad Rəhimov bir müddət Zamirə Hacıyevaya məxsus Mill Ride Golf Club-un direktoru vəzifəsini də icra edib. Zamirə Hacıyevaya məxsus MRGC 2013 LTD şirkəti (Qolf klubun idarəçiliyini həyata keçirir) hələ də aktivdir və hazırda icraçı direktoru rus əsilli İngiltərə vətəndaşı Marina POLIUKHOVA-dır. Yəni dəyirman öz işindədir… Kimlərsə də Cahangirdən, Zamirədən məzlum obrazı düzəltməyə çalışırlar” - C.Həsənli yazıb.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər