Xəbər xətti

21-07-2019

Yazarlar





Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtın yeni bulvarında restoran soyğunçuluğu – FOTOFAKT

Baxılıb: 3133     Tarix: 08-07-2019 12:40   
Sumqayıtın yeni bulvarında restoran soyğunçuluğu – FOTOFAKT


Sumqayıtın yeni bulvarında açılmış "Posedion” restoranında müştərilərə qarşı davamlı dələduzluq edilir.


İki gün əvvəl restoranda müştərilərə menyuda göstərilən qiymətin ikiqatı ödətdirilib.

Belə ki, menyuda təklif olunan iki "Milli şirniyyatla çay” sifariş verib. Menyuda 8 manat göstərilən çayı müştərilərə 16 manatdan hesablayıb, 32 manat pul tələb ediblər.



Müştəri iki dəfə artıq pulu hansı əsasla istədiklərini soruşduqda bildirilib ki, qiymət qalxıb. Qiymət qalxımının nəcə baş verdiyi və menyuda niyə əksini tapmadığını soruşduqda heç bir məntiqli cavab verilməyib. Müştəri çek tələb etdikdə isə maraqlı bir hala şahidlik edib. Təqdim olunan çekdə çayın pulu 30 manat (Biri 15 manatdan) göstərilib. Və ən maraqlısı isə odur ki, çekdə "Milli şirniyyatla çay” əvəzinə menyuda olmayan "Kiçik çay dəstgahı” yazılıb. Bununla da guya, "Milli şirniyyatla çay”ı iki dəfə baha satmağı ört basdır eləyiblər. Müştəri biz "Kiçik çay dəstgahı” yox, "Milli şirniyyatla çay”ı sifariş vermişik deyəndə, xidmətçi adminstratorla danışmağı məsləhət biliblər.



Amma nədənsə administratoru tapmaq mümkün olmayıb. Restoranda əyləşən digər müştərilər bu halın birinci dəfə baş vermədiyini bildiriblər: "Burda menyuya görə yox, adama görə pul alırlar. Elə ki gördülər, kənardan gəliblər və ya turistdir, ağızlarına gələn qiyməti oxuyurlar”.
Onların sözlərinə görə, bu anormallığa görə restoranda bir neçə dəfə dava da düşüb.

Məsələ ilə bağlı bakupost-un əməkdaşı restoranla əlaqə saxlayıb. Oradan bildirib ki, qiymətlər dəyişilib, ancaq menyuya hələlik yazılmayıb: "Qiymətlər bir-iki gündür dəyişilib. Lakin hələlik menyuya yazılmayıb. Biz tapşırmışıq ki, müştərilərə əvvəlcədən xəbərdarlıq edirlsin. Əgər edilməyibə, ofisiantın günahıdır”.
Qiymətlərin birdən–birə iki dəfə qalxmasının səbəbinə gəlincə belə deyilib: "Açıq havada qiymətlər başqa cür hesablanır. Həm də canlı musiqiyə görədir”.


Sumqayitfakt.Az






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər