Xəbər xətti

17-07-2019

Yazarlar




Namiq Dəlidağlı

Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Saxta kərə yağı istehsal edən sexlər aşkarlandı - ŞƏKİLLƏR

Baxılıb: 344     Tarix: 08-07-2019 12:30   
Saxta kərə yağı istehsal edən sexlər aşkarlandı - ŞƏKİLLƏR


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Lənkəran, Masalı və Cəlilabad rayonlarında yerləşən, sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl etmədən fəaliyyət göstərən süd və süd emalı müəssisələrində qanunsuz yollarla süd məhsullarının - saxta kərə yağının istehsal olunması ilə bağlı məlumat daxil olub.

AQTA-dan verilən məlumata görə, daxil olan məlumat əsasında Cəlilabad rayonunun Ocaqlı kəndi, Masallı rayonunun Boradigah qəsəbəsində süd qəbulu və emalı sexlərində, Masallı rayonunun Şərəfə, Viləş və Çaxırlı kəndlərində və Lənkəran şəhərinin Boladi kəndində yerləşən süd qəbulu məntəqələrində reydlər keçirilib, xammalın qəbulu və istehsalı sahələrində antisanitar vəziyyətin hökm sürdüyü və emal prosesində müxtəlif bitki yağları – marqarin, spred yağlarından istifadə edilərək "nehrə yağı”, "kərə yağı” adları altında qanunsuz yollarla yağların, süd məhsullarının istehsal olunması faktları öz təsdiqini tapıb.

Yerlərdə aparılan araşdırmalar zamanı qəbul və istehsal müəssisələrində xammalın qəbulu, istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ tələblərin ciddi şəkildə pozulduğu müəyyən olunub. Aşkar olunan faktlar əsasında aşağıda adları qeyd olunan istehsal və emal müəssisələri ilə bağlı qanunvericilik çərçivəsində tədbirlər həyata keçirilir:

1) Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Qəniyev Fərhad Allahşükür oğluna məxsus süd qəbulu və emalı sexi

2) Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən Əsgərov Zakir Vəli oğluna məxsus süd qəbulu və emalı sexi

3) Masallı rayonu, Şərəfə kəndində yerləşən Cəbrayılov Elçin Cabir oğluna məxsus süd qəbulu məntəqəsi

4) Masallı rayonu, Viləş kəndində yerləşən Məmmədov Elmidar Vaqif oğluna məxsus süd qəbulu məntəqəsi

5) Lənkəran şəhəri, Boladi kəndində yerləşən Babayev Xasay Cəbrayıl oğluna məxsus süd qəbulu məntəqəsi

6) Masallı rayonu, Çaxırlı kəndində yerləşən Qədirov Qədir Yarımşah oğluna məxsus süd qəbulu məntəqəsi

Aşkar olunan qanunsuz fəaliyyətlər və onların nəticələri ilə bağlı geniş araşdırmaların aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.

Sumqayitfakt.Az








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər