Xəbər xətti

21-07-2019

Yazarlar





Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Əli Əhmədov əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü

Baxılıb: 362     Tarix: 03-07-2019 17:38   
Əli Əhmədov əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində “Silahlı Qüvvələrə Yardım Fonduna dəstək üçün xeyriyyə aksiyası keçirək” sərlövhəli paylaşımında müharibə vəziyyətində, bir milyondan çox məcburi köçkün və qaçqını olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblərin olduğunu bildirib.

Yeni Azərbaycan Partiyasının dəfələrlə bu cür aksiyalar keçirdiyini xatırladan Əli Əhmədov, Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fondu üçün xeyriyyə aksiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

"Gəlin Ordumuza dəstək olaq”- deyən Əli Əhmədov YAP üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edib və nümunə olaraq özünün aylıq əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

Baş nazirinin müavini Əli Əhmədovun bu təşəbbüsünü alqışlayan Yeni Azərbaycan Partiyasının üzvləri, eləcə də partiyanın üzvü olmayan insanlar böyük ruh yüksəkliyi ilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasında iştirak edirlər. Cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri kütləvi şəkildə bu təşəbbüsə qoşularaq Azərbaycan Ordusuna yüksək dəstək nümayiş etdirirlər.

Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərən insanlar sosial şəbəkələrdəki paylaşımlarında bildirirlər ki, Vətən, xalq sözlərini əllərində bayraq edərək, süni şəkildə ictimai narazılıq yaratmağa, sabitliyi pozmağa cəhd edən bəzi dırnaqarası varlıqlara Əli Əhmədovun bu təşəbbüsü tutarlı cavab oldu.

Bu gün Azərbaycanda yüksəlişin və inkişafın simvoluna çevrilmiş Yeni Azərbaycan Partiyasında Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyası əsl vətənpərvərlik nümunəsi və böyük ruh yüksəkliyi ilə davam edir.trend

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər