Xəbər xətti

21-07-2019

Yazarlar





Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

SUMQAYITA GƏLSƏNİZ...- Rəna Təbəssüm yazır

Baxılıb: 3139     Tarix: 27-06-2019 21:28   
SUMQAYITA GƏLSƏNİZ...- Rəna Təbəssüm yazır
Dünyaya göz açdığım Sumqayıtı gənclik, sənaye şəhəri kimi tanıyanlar çoxdur. Amma mən hələ kiçik yaşlarımdan bu şəhəri gözəlliklər məskəni kimi tanımışam.
Böyüyüb yaşa dolduqca doğma şəhərim də böyüyür, inkişaf edir, daha da gözəlləşir. Bu gün şəhərdə küçə və prospektlərin, məhəllə və mikrorayonların abadlaşması, davam edən yeni quruculuq işləri zövq oxşayır. İki dəfə beynəlxalq mükafatlara layiq görülən Sumqayıt bulvarı füsünkar gözəlliyi ilə təkcə yerli sakinləri deyil, həm də xarici turistləri də valeh edir. Keçdiyi 70 illik əzəmətli inkişaf yolunda onunla birgə addımlayan, ucalan, yaddaşlarda iz qoyan qurucularının, görkəmli şəxsiyyətlərinin adları şəhərin tarixi salnaməsini bəzəyir. Məzahir Abdullayev, Zəminə Həsənova, Aslan Osmanov, Şəmşad Pənahov, Dadaş Dadaşov, Tofiq Kərimov, Ağaxan Ağayev, Murad Zeynalov, Əsəd Məmmədəliyev və Məşədi Əliyev Sumqayıtın ilk əmək bahadırları, Sosialist Əməyi Qəhrəmanlarıdırlar.




Son aylarda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Zakir Fərəcovun müvafiq sərəncamı ilə Azərbaycanın ilk qadın metallurqu olmuş Zəminə Həsənovanın büstünün anadan olduğu və yaşadığı Corat qəsəbəsində açılışı, şəhərin küçələrindən birinə onun və kimyaçı alim Zamin Hüseynovun adının verilməsi fərəh doğurur. Bu gün intibah dövrünü yaşayan Sumqayıtn zəhmətkeş insanlarının da əməyinin zamanında yüksək dəyərləndiriləcəyi şübhəsizdir. Son illərdə şəhərdəki Olimpiya və Paralimpiya İdman Kompleksləri, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binasının inşaası, 1 saylı Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin, 3 saylı Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binalarının əsaslı təmiri, yeni ümumtəhsil müəssisəslərinin istifadəsi, “ASAN Xidmət” Mərkəzinin fəaliyyəti, 106 hektarlıq möcüzəvi dənizkənarı bulvarın salınması və 1 kilometr şimala doğru uzadılması, 32 hektar əlavə olunması, “Kaspi” uşaq bağçasının açılışı, 1176 şagird yerlik yeni ümumtəhsil məktəb, yeni kinoteatr binasının, Muğam Mərkəzinin tikintisi, yol infrastrukturu, dam örtüklərinin və lift xidmətinin yenilənməsi və açılan istehsal müəssisələri Sumqayıtın 70 illik yubileyinə ən böyük töhfədir. Davam edən layihələr 1990-cı illərdə ölü, çirkli şəhər kimi tanınan Sumqayıtı dünyanın ən gözəl şəhərləri sırasında tanıtmağa zəmin yaradır. Ağ göyərçinli Sumqayıt mədəni inkişaf səviyyəsinə görə respublikamızın digər şəhərlərini kölgədə qoymaqla turizm məkanına çevrilir. Salınan göydələnlər, yaşıllıqlar, əyləncə və istirahət guşələri dinamik inkişafın əsas göstəricilərindəndir. Bu gün Sumqayıtın hər qarışı həqiqətən canlanır. Bir zamanlar kiçik baraklardan, taxta evlərdən təməli qoyulan, qağayılar, göyərçinlər sığınacağı, fəhlə yataqxanası kimi tanınan Sumqayıt indiyədək əzəmətli inkişaf yolu keçmişdir. Bu inkişafda hər bir sumqayıtlının, onu sevənlərin payı var. Sumqayıt öz qurucuları, zəhmətkeş insanları ilə fəxr edir, onu ucaldanları ucaldır.



Sumqayıta gəlsəniz şəhərin girəcəyində spirallar üzərindəki zirvələrdə uçmağa hazır olan qağayı sizi salamlayaraq dənizkənarı bulvarda qanadlarını açıb hər birinizi ağuşuna almaq istəyən sülh məramlı ağ göyərçinə qədər ötürəcəkdir. Dünyanın istənilən nöqtəsindən zirvədə görünən doğma Sumqayıtımızın hər zaman zirvələri fəth etməyə hazır olan qağayısı, göyərçini var. Bu simvolik məna daşısa da şəhərin rəmzi, vurulan möhürüdür. Sumqayıta gəlsəniz qədim Coratın qoynunda, Xəzərin kəhraba qumlu sahillərində salınan, ağ mirvari boyunbağı kimi üfüq boyu uzanan gözəlliklər məskəninin vurğunu olacaq və 70 illik əzəmətli inkişaf yolunda əməyi olan cəfakeş insanları tanıyacaqsınız. Daha böyük inkişaf layihələrinə imza atan yeniləşən Sumqayıtın qurub yaradan hər bir fəhləsinə və ziyalısına fəxrlə deyəcəksiniz:

Əhsən qabarlı fəhlə əlləri, yaşa zəhmətkeş insan, var ol doğma Sumqayıt!



Rəna TƏBƏSSÜM


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər