Xəbər xətti

21-07-2019

Yazarlar





Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Unudulmayacaq SON ZƏNG...

Baxılıb: 2159     Tarix: 16-06-2019 20:50   
Unudulmayacaq SON ZƏNG...
İnsanın həyatında unudulmaz iz qoyan məktəb illəri...

İlk dəfə məktəbə gedəndə, birinci sinifə qədəm qoyanda təkcə sevinc hissini yaşayırsansa, məktəbi bitirdiyin gün – SON ZƏNGin sədası ətrafa yayılanda sevinclə bərabər, kədər hissi də qəlbinə hakim kəsilir. Doğma məktəbdən, sevdiyin müəllim və sinif yoldaşlarından ayrılmaq necə də ağırdır... Amma bir neçə dəqiqə keçməmiş belə, kədər hissini sevinc, fərəh üstələyir. Axı, artıq arzuladığın sərbəst həyatın ağuşuna atılırsan! Və istədiyin zaman təhsil aldığın isti ocağa gələ, ötən günlərini yada sala, bu illər ərzində qayğıkeş ata-ana kimi, hər bir şıltaqlığına, ərköyünlüyünə səbrlə dözən, sənin bir savadlı, vətənpərvər gənc, vətəndaş kimi yetişməyində minbir əziyyəti olan, bilik verməklə yanaşı, səni həyat məktəbinə hazırlayan, düzgün yol göstərən müəllimlərinlə görüşə bilərsən....

Ancaq SON ZƏNG günü məzunlar bu düşüncələrdən çox-çox uzaq olurlar. Sadəcə, həmin anın sevincini yaşayırlar...

Son zəng günü Sumqayıt şəhər 16 saylı məktəbin rəngarəng şarlarla və gül-çiçəklərlə bəzədilmiş həyətində də bir canlanma vardı. İlk əvvəl tədbirə Dövlət bayrağı gətirildi və sonra himnimiz səsləndi.
Təlim-tərbiyə işləri üzrə direktor müavini, Əməkdar müəllim Nazilə xanım Əsgərova tədbiri açaraq, tədbir iştirakçılarını salamladı. Bu gözəl gün münasibətilə, məzunları və əməyi keçən müəllim kollektivini səmimi qəlbdən təbrik etdi. Qüdrətli Vətənimizin inkişafı, torpaqlarımızın işğalçılardan azad olunması yolunda gənclərimizin üzərinə böyük vəzifələr düşdüyünu vurgulayaraq, müstəqil həyatda onlara mübarizlik və xoşbəxtlik arzuladı.
Fəxri qonaq qismində iştirak edən, məktəbin məzunu olmiş Şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım Axundova cıxış edərək, Azərbaycanın parlaq gələcəyinin təminatçıları olan, sərbəst həyatın ağuşuna atılacaq məzunları ürəkdən təbrik etdi, onlara arzu-istəklərini bildirdi. Qeyd etdi ki, məhz bu, vətənpərvər oğul və qizların - gənclərin sayəsində zəbt olunmuş Azərbaycan torpaqlarının tezliklə mənfur düşməndən alınaraq qaytarılmasına, Şəhidlərin, el-oba həsrətiylə dünyasını dəyişən insanların qanlarının yerdə qalmayacacağına inanır.
Məktəbin direktoru Niyaz Süleymanov cıxısında məktəbin 2018/2019-cu tədris ilindəki nailiyyətlərindən, şagirdlərin qazandıqları müvəffəqiyyətlərdən söz açdı. Qeyd etdi ki, məktəbdə təhsil alan 850 şagirddən 40 nəfəri bugünkü məzunlardır. Onlardan 35 nəfəri Ali məktəbə qəbul imtahanlarında müsabiqə balını yığmışdır ki, 1 nəfər 640 bal, 3 nəfər 500-dən, 5 nəfər isə 400-dən yuxarı bal toplamışdır. O, onbirincilərin sinif rəhbərləri Hökümə Əbilova (11 A sinifi) və Afət Mahmudovanın (11B sinifi), həmçinin fənn müəllimlərindən H.Aygün (Ədəbiyyat), S.Mahirə (riyaziyyat), Ə.Sara (kimya), T.Sevinc (fizika), X.Bella (bioloğiya) və başqalarının adıarını qürurla cəkərək, çəkdikləri zəhməti xüsusilə vurğuladı və onlara təşəkkürünü bildirdi. Məktəb illərini geridə qoyaraq, həyatın enişli-yoxuşlu yollarıyla irəliləyəcək məzunlara həyat yolunda mətin addımlar və uğurlar dilədi. Daha sonra məktəbin direktoru tədris ili ərzində dəslərində fərqlənən, məktəbin ictimai həyatında fəal iştirak edən, müxtəlif müsabiqələrin qalibləri olmuş məzunları Fəxri Fərmanla təltif etdı.
Yenidən söz musıqiyə, zövq oxşayan rəqslərə verildi. Nəhayət, hamının səbirsizliklə və həyəcanla gözlədiyi an – Son Zəngin çalınması anı gəlib catdı. Sanki qəlblər təlatümə gəldi... Yaşından asılı olmayaraq, hər kəsin gözündə sevinc göz yaşları göründü... Məzunlar üçün SON dəfə ZƏNG çalındı!
Bəli, artıq məzunları yeni bir həyat gözləyir. Məktəb illərində arzuladıqları, böyük istəklə can atdıqları sərbəst, azad həyat! Ancaq bu hayatda yollar onları haralara aparacaq, Allahdan başqa heç kəsə məlum deyil. Onlara isə qalır, illərlə xəyalını qurduqları bu, YENİ HƏYATın keşməkeşli yollarından mətinliklə, mərdliklə, üzüağ keçmək!
Hazırda sevincli anlarını yaşayan məzunların ağıllarına da belə gəlməz ki, hər dəfə həyatın bərki-boşundan çıxanda, problemlərlə üzləşəndə, uğur qazananda... istər-istəməz geri boylanacaq, qayğısız uşaqlıq, məktəb illərini, həyatlarını onların yolunda şam kimi əridən, əllərindən tutub daima irəli aparan, elmin sirrlərini öyrədən müəllimlərini xatırlayacaqlar... “Ötən günlər” üçün bunlarının ucları göynəyəcək...
Yolunuz açıq olsun, əziz MƏZUNlar!
Harada, hansı sənətin sahibi olursunuzsa-olun, ən əsası doğma Azərbaycanımızın dəyərlərinə xidmət edərək, onun bütövlüyü, tərəqqisi, inkişafı, gözəlləşməsi üçün əlinizdən gələni edin! Qoy arzularınız qol-qanad açıb pərvazlansın, gerçəkləşsin, sağlam və xoşbəxt olun! Amin!

Aygün HACIYEVA,
AJB-nin üzvü


Sumqayitfakt.Az




[justify][/justify]


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər