Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Duyğulu qəlbin 50 illik sızıltıları

Baxılıb: 3132     Tarix: 10-06-2019 22:37   
Duyğulu qəlbin 50 illik sızıltıları İlhamə Məhəmmədqızı

Səsini Sumqayıt şəhər radio verilişlərindən eşitsəm də özü ilə ilk tanışlığım “Sintezkauçuk” zavodundan başlamışdır. 18 yaşımız vardır, istəklərimiz çox, arzularımızsa böyük idi. Bir gün işə gələndə xoş xəbər aldım. İş yoldaşımız Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuşdu. Gənc qızın yeni həyat səhifələrinin maraqlı olacağına çox sevindim.
1987-ci ildə yazdığı mənsur şeirlərindən, hekayələrindən mənə oxuyanda mənalı baxışlarından qeyri-adiliyini, haqsızlıqla barışmayan duyğulu qəlbinin böyüklüyünü sezmişdim. Bu istedadlı qələm sahibi ilə illər sonra yenidən görüşəndə sevincimin həddi-hüdudu yox idi, o artıq İlhamə Məhəmməd qızı imzasını tanıtmışdı. Hələ məktəb illərindən xüsusi dərnəklərdə məşğul olması, “Savalan” jurnalında, “Pioner” qəzetində dərc olunan yazıları, ilk müəllimi Ələsgər Qurbanovun məsləhət və tövsiyələrindən faydalanması İlhamə xanıma sonralar yaradıcılıq yollarında uğur gətirmiş, jurnalist kimi yetişməsinə cığır açmışdır.


Orta təhsilini Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbdə başa vurduqdan sonar ilk əmək fəaliyyətinə yerli radioda diktor kimi başlayan İlhamə xanım qarşıda hansı sınaqların onu gözlədiyindən xəbərsiz idi. Özünə olan böyük inam onu jurnalist olmaq istəyinə çatdırmışdır. Həyatının ən maraqlı və yaddaqalan günlərini bu sənətə həsr etməklə müxtəlif illərdə “Sintez”, “Kauçuk”, “168 saat”, “Hər şey sizin üçün”, “Borçalı”, “Azad Azərbaycan”. “Əsrin sədası” qəzetlərində, “Azərbaycan dünyası”, “İT Mağazine”, “Formula Uspexa” jurnallarında fəaliyyət göstərmişdi. Onun həmsöhbətləri ilə müsahibələri, məqalələri, oçerkləri və esse yazıları lakonikliyi, aydın və dolğunluğu ilə seçilir. “İdeal Market” qəzetinin təsisçisi və baş redaktorudur. İndiyədək müxtəlif media mükafatları ilə təltif edilən İlhamə Məhəmməd qızı Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” diplomuna layiq görülmüşdür. Azərbaycan Jurnalistlər Birliyinin və Dağıstan Yazıçılar Birliyinin üzvüdür.

İlhamə Məhəmməd qızı Məmmədovanın ədəbi mühitdə özünəməxsusluğu 50 illik ömründə yaşadıqlarını - taleyin zərbələrini, küskünlüyü, qaranlıq zülmətidən nura can atmasını, mübarizliyi, vətənpərvərliyi, mərdliyi, cəsarəti, sonsuz sevgini, yanğını poetik fikirlərlə ağ varaqlara misra-misra düzməsindədir. Bu misralarda Anaya, Vətənə, Torpağa olan məhəbbətin tərənnümü, Vətən yolunda can qoyan şəhidlərimizin qəhrəmanlığı kövrək hisslərlə təsvir olunur. Böyük təsir gücünə malik olan şeirləri indiyədək müəllifi olduğu “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar, yaxşılıqlar”, “Bəs kimə deyim”, “Zirvəyə doğru” kitablarından geniş oxucu kütləsinə tanışdır. Bu tanışlıq bulud kimi dolub boşalan xanımın iç dünyasına daxil olmağa yol açmaqla yurdsevərliyindən, əməksevərliyindən, nəcibliyindən, tənhalığından, əyilməzliyindən xəbər verir.

Oxucusunu duyğulu qəlbinin sızıltıları ilə özünə məftun etməyi bacaran istedadlı qələm sahibi İlhamə Məhəmmədqızının üzləşdiyi çətinliklər. haqsızlıqlar, əzab-əziyyətlər çox olsa da bədbinlikdən nikbinliyə işıq ucu gördükcə irəliyə addımlayır. Ayaqları altındakı daşlardan inildəsə də inamla yeni səhərlərin açılmasını gözləyir. Hər səhərdə arzularının çiçək açacağına ümüdləri artdıqca yaşamağa və yazmağa həvəsi də artır. Əminəm ki, bu həvəs indiyədək çəkdiyi acılıqları arxada qoyaraq qət edəcəyi yollarda ömür karvanını yeni sabahlara aparacaqdır.

Sabahın işığı həyatın artıq hər üzünü görmüş, bərkimiş təcrübəli jurnalist, şairə xanım İlhamə Məhəmmədqızının yaradıcılıq yollarına daha da şəfəq saçacaqdır.

Dərin ümmanlardan gələn bir səs deyir ki, 50 yaşadək nə yaşadınsa, onları keçmişin izində axtar, amma keçmişini unutma, özünlə gələcəyə apar. Çünki gələcək elə keçmişdən başlayır. Gələcək günlərini sevinclə, vüqarla yaşa İlhamə Məhəmmədqızı!

Rəna TƏBƏSSÜM,
AJB-nin üzvü


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər