Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Cəfər Cabbarlının “Solğun çiçəklər”inin məşqi olub - Sumqayıt Dövlət Dram Teatrında

Baxılıb: 399     Tarix: 04-06-2019 19:34   
Cəfər Cabbarlının  “Solğun çiçəklər”inin  məşqi olub - Sumqayıt Dövlət Dram Teatrında

Mədəniyyətimizin, ədəbiyyatımızın xüsusilə teatrlarımızın inkişafı və təbliği dövlətimizin milli dəyərlərinə bağlılığının əsas göstəricilərindəndir. Bu istiqamətdə imzalanan Sərəncamlar, incəsənət xadimlərinə, teatrlara göstərilən diqqət və qayğıdan irəli gəlir.

Cari mövsümdə 50 yaşını təntənəli şəkildə qeyd edən Sumqayıt Dövlət Dram Teatrı böyük şövqlə bu əlahiddə qayğının tərənnümü olan sərəncamların həyata keçirilməsinə dair repertuar planını hazırlamışdır.

Sumqayitfakt.Az xəbər verir ki, yaradıcı heyət görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsiniə dair ölkə başçımızın imzaladığı Sərəncama uyğun olaraq ədibin yaradıcılığından “Solğun çiçəklər” əsərinin yeni səhnə versiyası üzərində ilk məşqlərə başlamışdır.[/b]

Cəfər Cabbarlı ailə-məişət mövzusunda qələmə aldığı pyesdə həyatı realistik boyalarla təsvir edərək ədalətsizliyin , var-dövlət hərisliyinin hansı fəlakətlərlə nəticələndiyini ustalıqla qələmə almışdır. Tamaşanın quruluşu teatrımıza dəvət olunmuş istedadlı rejissor Elşən Zeynallıya həvalə olunmuşdur. Quruluşçu rəssam isə Şahin Hüseynlidir. Rollarda Əməkdar Artistlər Cəlal Məmmədov, Xatirə Süleymanova, Izaməddin Bağırov və aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı, Elay Xasıyev, Sevda Hüseynova, Məryəm Hüseynli, Mətanət Əmirullayeva, Aynur Hümmətova, Dağlar Rüstəmov və İlqar İbrahimov çıxış edəcəklər. Qeyd edək ki tamaşanın ilk nümayişi iyul ayının ilk həftələrində nəzərdə tutulur.

Teatrın mətbuat xidməti


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər