Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

"Hər gediş ayrılıq deyil..." - ELEGİYA

Baxılıb: 2168     Tarix: 29-05-2019 10:12   
"Hər gediş ayrılıq deyil..." - ELEGİYA



“Hər gediş bir ayrılıq deyil...
Çünki bəzən nə qədər uzağa gedirsən get,
ürəyin həmişə qoyduğun yerdədir...”

V.Butler

Hər bir insanın dünyaya gəlməsində, inkişaf edərək həyatda bir şəxsiyyət olaraq formalaşmasında ailənin, əsasən də ata-ananın rolu əvəzolunmazdır. Məhz buna görə də ailəyə olan sevgi və hörmət pak, ülvidir.

Bizə - övladlarına hər zaman doğru yol göstərən, övladlarının yolunda ömrünü şam kimi əridən Ata... Deyirlər, atanın övladlarına ən gözəl hədiyyəsi onu elmli, bilikli, yüksək əxlaqa sahib olacaq səviyyədə tərbiyə etməsi, övladı böyütməsi, bu həyat yolunda, çətin anlarında ona arxa-dayaq olması, xoş günlərində isə xeyir-duasıdır.

Hz. peyğəmbər demişdir: “Ata sevgisini qoru. O sevgini kəsib atsan, Allah da sənin xoşbəxtlik işığını sönürər”.

Ata mərdlik simvoludur. Övlad üçün müqəddəs varlıqdır. Həyata gəldiyim andan ilk vüqarım, qəlbimdə sönməz atəşim mənim. Mən həyatda var olduqca döyünən ürəyimsən, uca dağlarımın zirvəsi, qəlbimin günəşisən, Ata...

Neçə müddətdir gülüşündən, səsindən, qayğılı baxışından, narahat ürəyindən uzağam, canım atam. İndi həyatda bir atasız, xəyallarımda atalı dünyam var. Sən bizimlə olmasan da, canım atam, sən məndə, ürəyimdə, ruhumda yaşayırsan. Sənə olan sevgini izah etməyə sözüm yetməz. Ata, sən başımızın tacı, gözümüzün nuru, fəxrimiz, dayağımızsan! Sınin kimi bir ataya sahib olduğum üçün çox xoşbəxtəm.

Ailəsi, iki övladı, 3 nəvəsi və onu sevənlərin hər birinin ürəyində əbədi məskən salmış Elman Dəmirovun xatirəsi heç zaman unudulmayacaq. Şərəfli həyat yolu, qayğıkeşliyi, səmimi sevgisi, ailəcanlığı və uzaqgörənliyi ilə nümunə olan mehriban atam, yerin behişt olsun!



Qeyd.

Atam Elmar Dəmirov tanınmış pedaqoq olmaqla bərəabər, şair və publisist kimi də müxtəlif səpgili yazıları ilə mətbuat səhifələrində çıxış edirdi. Aşağıdakı şeiri də mən hələ lap körpə ikən mənə həsr etmişdi. Bu şeiri ən əziz bir xatirə və ən qiymətli bir hədiyyə kimi qoruyub saxlayıram.

Gecə yarı, hamı yatır,
Aləm zülmət, ay da batır.
Atan burda, anan burda,
Sənə candan yanan burda.
Canım balam, körpə quzum,
Mənim parlaq dan ulduzum.
Göz yaşını axıtma gəl,
Lay-lay deyim, biraz dincəl.

Ay dəcəlim, ay şeytanım,
Ürəyimsən, necə danım?!
Şıltaqların şıltağısan,
Sənə baxan gözlərimin,
Həm qarası, həm ağısan.
Dörd tərəfin oyuncaqdır,
Kəsir yoxdu, doyuncadır.
Ey ilkimiz, xoşbəxtik biz?
Sənsən döyünən qəlbimiz.
Göz yaşını axıtma gəl,
Lay-lay deyim, biraz dincəl.

Ata cavan, ana cavan,
Bizik qəlbən səni duyan.
Tanrım, qoyma gözə gəlsin,
Xəstəliyi bizə gəlsin.
Qoy çağıraq nənə gəlsin,
Təzə gedib, yenə gəlsin.
Şirin dillə hey səsləsin,
Hey oxşasın, əzizləsin.
Göz yaşını axıtma gəl,
Lay-lay desin, biraz dincəl.


Nigar Elmar qızı
MƏMMƏDOVA,

Sumqayıt şəhər 1 saylı tam orta məktəbin
ibtidai sinif müəllimi


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər