Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Bir mələk gəlir hüzuruna Tanrı, qarşıla!

Baxılıb: 2351     Tarix: 20-05-2019 19:20   
Bir mələk gəlir hüzuruna Tanrı, qarşıla!
Əzizim gülüm ağlar,
Bağçada gülüm ağlar.
burda bir gəlin ölüb,
yas tutub elim ağlar.


Ehh... ölüm adlı bu amansızın qolları çox uzun... kimə yetmədi ki... Ağuşu isti, üzü soyuq torpaq, aç qucağını, al qoynuna ruhundan ayrılmış cismi! Bir mələk gəlir hüzuruna Tanrı, qarşıla!

Sumqayıtfakt.Az Sumqayıt Regional Mədəniyyət İdarəsinin vaxtsız dünyasını dəyişmiş əməkdaşı haqqında nekroloqunu təqdim edir:

"Sumqayıtın mədəniyyət işçilərinə ağır itki üz vermişdir.
Uzun illər Sumqayıtın mədəniyyət sahəsində çalışan, nəcib insan, mehriban, səmimi dost, qayğıkeş ana, mələk simalı ləyaqətli xanım Sədaqət Ağayeva vaxtsız vəfat etmişdir.
Ağayeva Sədaqət Mahmud qızı 1964 - cü ildə oktyabr ayının 17- də Sumqayıt şəhərində anadan olmuşdur. 1972-ci ildə Gədəbəy rayon Əli İsmayıl kənd orta məktəbinin birinci sinfinə qəbul omuş, ikinci sinifdən təhsilini Sumqayıt şəhər 15 saylı orta məktəbində davam etdirmişdir. 1982-ci ildə orta təhsilini bitirmişdir.
Məktəbi bitirdikdən sonra Boru Prokat zavodunun tibb sanitar məntəqəsində işləmişdir. 1983 - cü ildə İncəsənət institunun mədəni maaarif işi ixtisasına qəbul olmuş, 1987– ci ildə ali təhsilini başa vurmuşdur. Üçüncü kursda oxuyarkən institutun rektorunun icazəsi ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Evində dərnək rəhbəri kimi çalışmışdır. 1988-ci ildən həmin mədəniyyət evində uşaq şöbə müdiri, daha sonra 2019-cu ilin yanvar ayınadək metodist işləmişdir.
Amansız xəstəlik onu aramızdan tez aparsa da qəlbimizdə, xatirələrimizdə daim yaşayacaqdır.
Allah üzü nurlu əziz həmkarımızın məzarını nura qərq etrsin, cənnəti ilə mükafatlandırsın!
Mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
Allah rəhmət eləsin!"


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər