Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Sumqayıtdakı “İdrak” liseyində Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir keçirildi -ŞƏKİLLƏR

Baxılıb: 2109     Tarix: 20-05-2019 12:38   

Sumqayıt “İdrak” liseyində dahi şair, böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Mən mülki-cəhan, cəhan mənəm, mən“ adlı tədbir keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, liseyin akt zalında baş tutan tədbirdə şəhər ziyalıları, məktəblilər, müəllimlər, elm və mədəniyyət xadimləri, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin nümayəndələri iştirak edib. Tədbir Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs edən, ədəbi yaradıcılığı, fəlsəfi baxışları ilə bağlı maraqlı məsələləri , onun ideyalarının istər o dövrdəki, istərsə də müasir dövrdəki önəmini əks etdirən sənədli filmin təqdim edilməsi ilə başlanıb. Daha sonra gənc xanəndə Almaxanım Əhmədli Nəsiminin qəzəllərini ifa edib. Tədbirdə çıxış edən ədəbi tənqidçi Əsəd Cahangir Nəsimi yaradıcılığının Azərbaycan və dünya ədəbiyyatına təsirindən danışaraq, dahinin fəlsəfi baxışlarını təhlil edib. Prezident İlham Əliyevin Nəsiminin 650 illik yubileyi ilə bağlı sərəncamının alqışa layiq olduğunu bildirən tənqidçi bunun Nəsimi yaradıcılığının, fəlsəfi baxışlarının daha dərindən öyrənilməsi üçün bir fürsət olduğunu vurğulayıb. Ə. Cahangir geniş çıxışında onu da bildirib ki, Nəsimi yaradıcılığı çoxşaxəlidir. Nəsiminin təkcə yazılı ədəbiyyata deyil, eyni zamnda aşıq ədəbiyyatına, aşıq yaradıcılığına da təsirini diqqətə çəkən tənqidçi onu da vurğulayıb ki, bu təsir təkcə Azərbaycanda deyil, Türkiyədə, Orta Asiya ölkələrində də yazıçı və aşıqların yaradıcılığında özünü biruzə verib. Daha sonra söz Nəsimi rolunun mahir ifaçısı xalq artisti Rasim Balayevə verilib. Sənətkar çıxışı zamanı "Nəsimi" filmi ilə bağlı xatirələrini danışıb. Geniş və maraqlı çıxışının sonunda liseyin təsisçisi, professor Mönsüm Alışov “İdrak” liseyi adından xalq artistinə xatirə hədiyyəsi təqdim edib. Sumqayıt Dövlət Dram Teatrı da tədbirə töhfəsini əsirgəməyib. Nəsimiyə həsr edilən səhnəciklər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbir boyunca Nəsimi qəzəllərindən ibarət müxtəlif ifalar tədbirə daha da rəng qatıb.
Tədbirin sonunda liseyin təsisçisi, professor M.Alışov çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Nəsimi ədəbi irsinin böyüklüyünü vurğulayan professor fikirlərini belə tamamlayıb: “Nəsimi Azərbaycan xalqının böyük ədəbi klassiklərindən biridir. Onun ədəbi-fəlsəfi baxışları həddindən artıq dərindir. Hesab edirəm ki, Nəsimiyə, onun ədəbi yaradıcılığa diqqət yalnız bu cür yuvarlaq yubiley günlərində deyil, hər zaman göstərilməlidir. Nəsiminin yubileyi hər il təntənəli şəkildə qeyd edilməlidir. Çünki o, sözün bütün mənalarında buna layiqdir”.

Sevinc Qərib

Sumqayitfak.Az
Sumqayıtdakı “İdrak” liseyində Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir keçirildi









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər