Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

“Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” -Aqil Abbas

Baxılıb: 371     Tarix: 19-05-2019 20:35   
“Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” -Aqil Abbas
Xəbər verildiyi kimi, millət vəkili Fazil Mustafa Milli Məclisinin son iclasında çıxış edərək Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının əvəzsiz ifaçısı Şəmistan Əlizamanlıya fəxri dövlət adının, mükafatının və təqaüdünün verilməsini təklif edib.

Qazilər.az saytı bununla bağlı millət vəkili, yazıçı Aqil Abbasın fikirlərini öyrənib: “Əslində Şəmistan Əlizamanlı Azərbaycan dövlətinin ən yüksək adlarına, mükafatlarına, təqaüdlərinə layiqdir. Bu mükafatlar ona çoxdan verilməliydi. O, illərdi öz imkanları hesabına vətənpərvərlik ruhlu mahnılar yazdırır və təbliğ edir. Bu mahnılar gənc nəslin vətənpərvər ruhda böyüməsində müsbət rol oynayır.

Bundan əlavə, Şəmistan vaxtaşırı müxtəlif dövlət tədbirlərində, şəhidlərimizin dəfnində, anım günlərində, hərbi hissələrdə, ali və orta məktəblərdə keçirilən tədbirlərdə iştirak edir.

Son vaxtlar qardaş Türkiyədə dünyanın 85 ölkəsində 25 dildə izlənilən tarixi “Diriliş Ərtoğrul” filmində Şəmistanın rol alması, Türkiyə prezidenti cənab Ərdoğanın təbliğat çarxlarında və seçki kampaniyasında onun bəstələdiyi və ifa etdiyi mahnılardan istifadə etməsi Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük uğurudur. Düşünürəm ki, belə bir sənətkara dövlətin diqqət göstərməsi çox yaxşı olardı. Və düşünürəm ki, bu səs tezliklə Xankəndinin, Şuşanın, o cümlədən işğal altındakı bütün torpaqlarımızın azad olunması xəbərini xalqımıza çatdıracaqdı!”.


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər