Xəbər xətti

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

“Coca-Cola” içkinin zərərini gizlətmək üçün alimlərə “haqq” ödəyirmiş

Baxılıb: 364     Tarix: 10-05-2019 19:46   
“Coca-Cola” içkinin zərərini gizlətmək üçün alimlərə “haqq” ödəyirmiş


Fransanın "Le Monde” qəzeti çox maraqlı araşdırma dərc edib. Qəzet yazıb ki, "Coca-Cola” şirkəti tibb işçilərini və tədqiqatçıları içkinin sağlamlıq üçün yaratdığı risklərə göz yumması üçün maliyyələşdirir.

"Coca-Cola” 2010-ci ildən bəri bu məqsədlə 8 milyon avro xərcləyib. Məqalədə yazılıb: "Ağlasağmaz məbləğlər. Ələ keçməyən müətəxəssislər. Yayımlanmamış nəticələr. Marketinq əməliyyatları tədqiqat adı ilə gizlədilib. Fransız tibbinin tanınmış şəxslərinin idarə etdiyi, açıq-aydın muzdlu məqsədləri olan "institut””.

Müəllif Stefan Orel yazır ki, hələ 2015-ci ildə "The New York Times” "Coca-Cola”nın əməllərini ifşa edən məqalə hazırlayıbmış. Yazı "Global Energy Balance Network” (Qlobal Enerji Balansı Şəbəkəsi) təşkilatının içki şirkəti ilə əməkdaşlığından doğan saxtakarlığını üzə çıxarmışdı. Təşkilat əsasən sağlamlıq problemlərində fikir yayındırmaqla məşğul imiş. Əsas diqqət məqsədli şəkildə artıq çəkiyə yönəldilir, bunun yaratdığı səbəblərdən danışılmır. Bu şəbəkə həqiqətin gizlədilməsi üçün böyük işlər görürmüş. Məsələn, elmi konfranslarda mütəxəssislərin əvvəldən hazırlanmış formada çıxışını, jurnallarda xüsusi materialların yerləşdirilməsini təşkil edirmiş.

"The New York Times” qəzetinin yazısı böyük səs-küy doğurmuşdu. Onda "Coca-Cola”nın baş direktoru şəxsən özü şirkətin ayırdığı maliyyənin şəffaflığına təminatına zəmanət vermişdi. Bundan sonra şirkətin rəsmi saytı da daha şəffaf informasiyalar paylaşmağa başlamışdı.

"Coca-Cola”nı Fransada bir çox məlumatları yaymağa "Foodwatch” qeyri-hökumət təşkilatı məcbur etmişdi. Elə "Le Monde”nin yazısında da 2016-cı ildə yayılan məlumatlardan istifadə olunub.

Müəllif qeyd edir ki, elmi işlər üçün nəzərdə tutulan 8 milyon avro ayrı-ayrı mütəxəssislərə, tibb, idman təşkilatlarına sərf edilib. Bu saxtakarlıqda hətta dietoloqların da iştirakı olub.

Məqalədə bildirilir ki, xərclərin 30 faizi (2,4 milyon avro) "elmi-tədqiqat” işlərinə gedib. Ən çox "CreaBio”ya pul ayrılıb (930 min avro). Adını da "intensiv dad vericilərin öyrənilməsi mövzusunda araşdırma layihəsi” qoyublar.

"Coca-Cola”dan maliyyə almaq baxımından ikinci yerdə fiziologiya sahəsində Avropa ekspertiza institutu (IEEP) gedir. Bu təşkilat 2010-2014-cü illlərdə 720 min avro alıb. İnstitut da öz növbəsində keçən il qazlı içkilərin insulin həssaslığına, qanda şəkər miqdarının artmasına heç bir təsiri olmaması haqda məqalə nəşr etdirib./bizimyol.info

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər