Xəbər xətti

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıt Təcili Yardım Stansiyası, 70 yaşın mübarək!

Baxılıb: 399     Tarix: 07-05-2019 12:07   
Sumqayıt Təcili Yardım Stansiyası, 70 yaşın mübarək!
Təcili yardım həkimləri - qəhrəman həkimlərdir!

Həkimlk tarix boyu , həmişə ən müqəddəs peşə sayılır. Qədim və humanist peşəyə malik həkimlər həmişə insanların sağlamlıq keşikçiləridir. Yaxşı demişlər ki, həkimliyi öyrənmək, elə insanlığı öyrənmək deməkdir. Əsl həkim fəal mübariz olmalı, öz humanist fikrlərini yerinə yetirərək, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir.
Dahi həkimlərdən biri belə deyib: “Ölümlə həyat arasında çapalayan bir xəstəyə təcili yardım lazım olanda həkim şəxsi evinin qəflətən alova büründüyünü görərkən etdiyi kimi hərəkət etməlidir”.
Həqiqətən də tibbi xidmətin ən önəmli və ən vacib sahələrindən biri təcili tibbi yardım xidmətidir. Təcili tibbi yardım xidmətinin əsasında fundamental tibbi biliklər, tibbi praktika vəhdət təşkil edir.
Təcili tibbi yardım xidməti sağlamlığa zərər verən, həyati təhlükəli vəziyyətlərdə tibbi yardım göstərmək üçün yaradılmışdır.
Bu gün bütün dünyada təcili yardım xidməti güclü , ümumi sistem şəbəkəsidir. Böyük struktura malikdir. Belə ki, o, şaxələnən Təcili Yardım Stansiyaları, TY xəstəxanaları, sanavia, Elmi Tədqiqat İnstitutlarından ibarət bir sistemdir.
Bu xidmətin ilk rüşeymi tarixdə ilk dəfə , orta əsrlərin dördüncü yüzilliyində Yerusəlimə gedən zəvvarlar üçün yolların kənarlarında yaradılan kiçik “qəbul evləri” olmuşdur.
Dünyada İlk TYS- sı 1881- c ildə Vyanada yaradılmışdır. Bunun yaranmasına səbəb Böyük Teatrda yanğın hadisənin olması idi. Belə ki, hadisə zamanı çox sayda zərərçəkənlər ilkin yardım olmadığı üçün vəfat etmişdilər. Həmin hadisədən dərhal sonra həkim Yaroslavl Mundinin təklifi əsaında ilk stansiya yaradıldı. Layihədə TYS- nın görəcəyi işlər verildi.
Sonralar digər dövlətlərdə də bu cür stansiyalar yaranmağa başladı. Könüllülərdən ibarət İlk tibbi yardım dəstələri təşkil olundu. Bu stansiyalar xeyriyyəçilik yolu ilə maliyələşirdi.
Rusiyada lk dəfə 1898- ci ldən TYS yaradıldı. Xəstələrin daşınması üçün karetalar ayrılmışdı. Sonralar sanitar maşınlar da istifadəyə verildi.
Oktyabr İnqilabından sonra TYS- ları dövlətin himayəsinə keçdi.
Sumqayıt TYS- sı 1949 – cu ilin noyabrında Sumqayıt şəhəri yaranan gündən təşkil olunmuş və 1 N- li İEM- nin binasında fəaliyyətə başlamışdır. Ilk vaxtlar stansiya TYX- na tabe olub. Baş həkim rəhmətlik tanınmış həkim İzzət Sadıqov olmuşdur.
Stansiyanın ilk müdiri yahidi millətindən olan həkim Kessler Mira Mironovna olmuşdur. Həmin dövrlərdə TYS- da çox təcrübəli həkimlər fəaliyyət göstərmişdir. 20- 25 həkim briqadaları çalışmışlar. 1979- cu ildə 40- cı məhəllədə , il ərzində 50 mindən 75 minə kimi çağırış qəbul etmək gücünə malik 3 mərətəbəli Stansiya tikilib istifadəyə verilmiş, hal – hazırkı dövrdə də fəailiyyətin davam etdirir.
TYS- na sonralar tanınmış cərrah Zahid həkim, Rusiyada təhsil almış doktor Əliyev bir müddət başçılıq etmişlər. 1983- ci ildən Yusifov Arif həkim müdir olmuşdur.Stansiya 1992 ci ildən müstəqil tibb müəssisəsi kimi fəaliyyətə başlayandan , Yusifov Arf həkim 2017- ci ilə qədər baş həkimi olmuşdur. O illərdə neçə- neçə peşəkar həkim kadrları yetişmişdir. TYS- nın iş prinsipləri təkmilləşmişdir. TYS- sı 70 il ərzində şanlı bir tarixi yol keçmişdir.

Əvvəllər bir mərkəz kimi fəaliyyət göztərən TYS- nın 90- cı illərdə getdikcə əhalnin sayının artması , Sumqayıt şəhərinn ərazisinin böyüməsiylə əlaqədar, iki yardımçı məntəqəsi açılmışdır. Bir 13- cü mkr da, digər Z. Tağıyev qəsəbəində.
Məlum 1988 – ci il Sumqayıt hadisələri zamanı , 20 Yanvar hadisələrindən sonra komendat saatlarında bütün Təcili Yardım Stansiyasının kollektivi , başda baş həkim olmaqla, siravi sürücülərə qədər hər kəs , çox gərgin və fədakarcasına fəaliyyət göstərmişlər. Qarabağdan , döyüş bölgələrindən gələn yaralılara iki vertalyot enən yer hazırlanmışdı Sumqayıtda. Onları TY briqadaları ilkin yardım edib, müvafiq xəstəxana və hospitallara daşımışlar. Gecə- gündüz insanların qayğısına qalmışlar. Həm fiziki, həm mənəvi travma alan insanların yanında olmuşlar.
O vaxtlar çalışan həkimlərdən Robert Kuşner hal – hazırda Amerikadadır. Keçmiş Səhiyyə Şöbəsi müdirləri rəhmətlik Sərdar həkim və hal- hazırda TYX- nın baş həkimi Rauf Sadıxov da bir müddət TYS – da həkm kimi çalışmışlar.
Əvvəllər TYS- da çalışan Tamella həkim hal- hazırda neyrocərrahiyyədə şöbə müdir kimi fəaliyyət göstərir.
Bir çox feldşerlər də həkmlərlə bərabər, işləmişlər. Ilk gənclik illərindən, ömürlərinin son illərinə qədər fədakarlıqla çalışan həkimlər və tibb bacıları çalışmışlar.Onların bir çoxu rəhmətə gedib.
Ömürlərinin illərini insanların sağlamlığına həsr edən Əliyeva Səfalə, Quliyeva Hicran, Rzayev Kamal, Məmmədyar Məmmədyarlı, , Abbasova Fatma, Mehdiyeva Qətibə, Məmmədhəsənov Məmmədhəsən kimi həkimlər neçə- neçə gənc həkimlərə örnəkdirlər. Orta tibb işçilərindən Mahmırzayeva Gülşad, Babayeva Ofelya, Xudadatova Tovuz , Paşayev Kamal, Mirzəxanov Sultan , Əliyul Musəvi Mirhəcər, Babayeva Rəna, Pəri rəhmətlə anılır. İşçilərdən Hacıyeva Nəsibə, Gülnarə xanım kollektivin sevimlilərindəndir. Bir sözlə, TYS- nın bütün kollektivi iş rejimi ağır olduğu üçün həmişə bir- birinə kömək edir.
Sumqayıtda yeganə tibb bacısıdır ki,Tərəqqi medalı alıb. Məmmədova Elmira. Hal- hazırda da əmək fəaliyyəıtini STYS – da layiqincə davam etdirir.
Səhiyyənin qarşısında əsas məqsəd insanların sağlamlığının keşiyində durmaq, xəstəliklərlə mübarizədir. Təbii ki, bu işdə ilk tibbi yardımın böyük əhəmiyyəti var.
TY strukturu get- gedə təkmilləşməkdədir. Çünki bu işin fəaliyyətindən pasiyentlərin gələcək taleyi asılıdır. TTYS- sı günün bütün saatlarında əhalinin hər təbəqəsinə əlçatandır. Yardımlar yüksək kvalifikasiyalı həkimlər tərəfindən aparılır.
TY bütün tibbi yardımın içərisində ən mühüm həlqədir. Təxirəsalınmaz yardım həkimlik sənətinin ən yüksək zirvəsidir. Bu sahədə çalışan həkimlərin tibbin bütün sahələri haqqında - terapiya , ginekolojiya, travmotolojiya, cərrahiyyə, kardiologiya, toksikologiya və s bilgiləri var.
TY həkimləri reanimasiya və intensiv terapiya tədbirlərini yüksək səviyyədə bacarırlar. TY həkimləri- qəhrəman həkim sayılmalıdır. Çünki ən ağır və təhlükəli iş rejimində gecə- gündüz çalışmaqdadırlar.
Sənaye şəhəri olan Sumqayıt bu il 70 yşını böyük ruh yüksəkliyi ilə qeyd edir. Sumqayıtda iqtisdi inkşaf demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Ümumiyyətlə son 10 il ərzində ölüm göstəricisi azalmış, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlmişdir. Bu göstəricilərə görə Azərbaycan Avropa ölkələri sırasında öndə gedir.
Azərbaycan Prezidenti lham Əliyevin sonsuz qayğısı, Sumqayıt şəhər İcra başçısı Zakir Fərəcovun yorulmaz fəaliyəti nəticəsində ömrünün müdrik yaşında Sumqayıt daha da gəncləşib və gözəlləşib. Şərəfli bir həyat yolu keçən TYS – na son dövrlərdə İcra başçısı Zakir Fərəcovun yaxından köməkliyi və diqqəti sayəsində yeni maşınlar gətirilmiş, dərman təchizatı yaxşılamış, binada təmir işləri aparılmışdır. Kollektiv şəhər rəhbərliynin diqqətini hiss etməkdədir. Bir çox həkimlərə, yaxşı işinə görə mükafatlar, fəxri fərmanlar verilmişdir.
Həm iqtisadi sahədə, həm də səhiyyədə görülən işlərin böyük vüsətlə davam etdiyini görürük. Bu STTYS- nın fəaliyyətinə də öz müsbət təsirini göstərir.
Dövlət başçımızın səhiyyə sahəsində müəyyən etdiyi proqramlar, onların müasir avadanlıqlarla təmini əhalinin sağlamlığı üçün atılan ən böyük addımdır.
Azərbaycan səhiyyəsinin indiki və 20 il əvvəlki vəziyyəti müqayisə olunacaq dərəcədə yaxşılaşıb.
Hal hazırda Sumqayıt Təcili Yardım Stansiyada 97 həkim , 122 orta tibb işçisi çalışır. Sumqayıt STTYS- nın 70 illik şərəfli fəaliyyəti , doğma Sumqayıtla yaşıddır.
Nə qar, nə yağış, nə tufan heç vaxt stansiyann işçilərini qorxutmayıb. Həmişə verilən bütün çağırışlara məsliuliyyətlə yanaşaraq, təcili yerinə yetrilib. Neçə- neçə insanlara yenidən həyat verib, onları ölümün pəncəsindən qurtarıblar.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır.
Fürsətdən istifadə edib, baş həkim Namazov İlkin olmaqla, Təcili yardım Stansiyasının kollektivini , müəssisənin 70 illk yubileyi münasibəti ilə təbrik edir, bu fədakar kollektivə işlərində uğurlar arzu edirəm.

PS. Gecə yarıdır, küçədə bir Təcli Yardım maşını şütüyür. Ona kömək üçün müraciət edən şəxsin yardımına tələsir.

Nazilə Gütac
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər