Xəbər xətti

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıtlı yazarlar Şabranda Ümrə işığında - ŞƏKİLLƏR

Baxılıb: 380     Tarix: 06-05-2019 13:04   
Sumqayıtlı yazarlar Şabranda  Ümrə işığında
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Dəlidağ” və “Dan yeri” Ədəbi Birliklərinin üzvləri Şabranda tədbirdə iştirak ediblər.

Sumqayitfakt.Az xəbər verir ki, Şabran rayonunun Ağbaş kəndində şair-publisist, ömrünün 50 ildən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr edən, tanınmış pedaqoq, “Yoldayam”, “Ömrün qürub çağı”, XX əsr aşıq sənətinin tanınmış nümayəndəsi Aşıq Zəbullaya həsr olunmuş “Aşıq sənətinin “Koroğlusu Bığ aşıq” kitablarının müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Şərbətəli Ümrənin (Mahmudov) yaradıcılıq gecəsi keçirilmişdir.

Ağbaş kənd klubunda keçirilən tədbirdə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Dəlidağ” və “Dan yeri” Ədəbi Birliklərinin üzvləri (10 nəfərlik heyət), rayonun tanınmış şairləri, ziyalıları, kənd sakinləri, kənd kitabxanasının fəalları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə tədbirin təşəbbüskarı, Ağbaş kənd kitabxanasının direktoru, şair Qızqayıt Həsənli aşmışdır.

“Şabran" Ədəbi Birliyinin sədri, AYB-nin üzvü, şair Qafar Süleyman Şərbətəli Mahmudovun yaradıcılığı haqqında məlumat vermiş və ona Birliyin diplomunu təqdim etmişdir.

Sonra söz Sumqayıtdan gələn qonaqlara verilmişdir. Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, “Dan yeri” Ədəbi Birliyinin sədri, şair, publisist Radiq Oday, “Dəlidaq” Ədəbi Birliyinin sədri, şair, jurnalist Namiq Dəlidağlı, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt Regional bölməsini sədri, şairə Qənirə Mehdixanlı, “Yeganə yol” qəzetini təsisçisi və baş redaktoru, şair, publisist Firdovsi Cəfərxan, tanınmış jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü Zümrüd Baloğlanova, “Möhtəşəm Azərbaycan” qəzetinin redaktoru, şair, publisist Nisə Qədirova, “Günəşli Sabah” qəzetinin təsisçisi və baş redaktoru, jurnalist Aygün Hacıyeva, “Dəlidaq” Ədəbi Birliyinin sədr müavini, şair Sevinc Qərib, “Möhtəşəm Azərbaycan” qəzetinin baş redaktor müavini Mərcan Sabirqızı çıxış edərək Şərbətəli Mahmudova yeni yaradıcılıq uğurlar arzulamışlar. Həmçinin Şərbətəli Mahmudov Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının “Müqəddəs qələm” və “Yeganə yol” qəzetininin “Xalq ziyalısı” diplomları ilə təltif edilmişdir.

Tədbirdə Aşbaş kənd İcra nümayəndəsi Nübar Saracov, uzun illər Ağbaş kənd orta məktəbinin direktoru işləmiş və hazırda da pedaqoji fəaliyyətini davam etdirən Bəhram Fətullayev, Şabran şəhər Xaqani Poeziya evinin direktoru, tanınmış və istedadlı şair AY Bəniz Əliyar, şair, publisist, AYB-nin üzvü Zakir Bayramlı, kənd kitabxanasının əməkdaşı, yazıçı Vüsalə Anar, Aşıq Zəbullanın oğlu İbrahim Binyamiyev və başqaları çıxış edərək Şərbətəli Mahmudova yaradıcılıq uğurları arzulamışlar.
Ağbaş kənd kitabxanasının fəal oxucuları şərbətəli Mahmudovun şeirlərini bədii qiraət etmişlər.

Görüşdə Şərbətəli Mahmudov yeni şeirlərini oxumuş və tədbir iştirakçılarına dərin minnətdarlığını ifadə etmişdir.

Sonda xatirə şəkilləri çəkilmişdir.

Sumqayitfakt.Az












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər