Xəbər xətti

22-05-2019

21-05-2019

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Aztv keçmiş aparıcılarla bağlı məsələyə münasibət bildirdi

Baxılıb: 258     Tarix: 04-05-2019 13:57   
Aztv keçmiş aparıcılarla bağlı məsələyə münasibət bildirdi

Azərbaycan Televizya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) vaxtı ilə qurumda çalışmış tanınmış diktorların televizyaya qayıtması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Dövlət televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov bakupost-a verdiyi açıqlamasında uzun müddət dövlət televizyasında çalışmış təcrübəli diktorların yenidən televiziyaya qayıtmasının sosial mediada geniş müzakirəyə səbəb olması, ictimaiyyətin sözügedən təşəbbüsü təqdir etməsini xatırladaraq bildirib ki, atılan bu addım AzTV-nin hələ də öz tarixinə, peşəkar ənənələrə sadiq qaldığını nümayiş etdirir.

Televiziya rəsmisi qeyd edib ki, millilik, milli dəyər və prinsiplər üzərində qurulan bu yol bundan sonra da davam etdiriləcək:
"Lakin təəssüf ki, bəzi şəxslər hər zaman olduğu kimi bu məsələni də başqa aspektdən təhlil etməyə üstünlük verdilər. Belə ki, söhbət bəzi xəbər saytlarının yaydığı kimi diktorların işə çağırılmasından və ya onların işə götürülməsindən, efirə çıxarılmasından getmir. Qeyd etdiyimiz kimi, məsələ ilk növbədə diktorlarımızın televiziya ilə sıx əlaqəsinə nail olmaq, onların zəngin təcrübəsindən faydalanmaq, ən nəhayət, onlara diqqət və qayğı göstərməkdir. Ömürlərini yaradıcılığa, diktorluğa həsr etmiş bu insanlar televiziya ilə yaşayır. Onların bəzilərinin AzTV-dən kənar qalması, incik düşməsi yolverilməz idi. Efir məsələsinə gəlincə, bəzi diktorlarımız bu gün də AzTV, Mədəniyyət, İdman Azərbaycan kanallarında və radiosunda çalışır, verilişlər aparır və onların müəllifi, aparıcısı olduğu verilişlər bu gün də sevilir, geniş ictimaiyyət tərəfindən qəbul olunur, o cümlədən təqdir edilir. Bir sözlə, söhbət, bir daha qeyd edək ki, kiminsə işə götürülməsindən, işə çağırılmasından və ya efirə çıxarılmasından deyil, sağlam münasibət, sağlam əməkdaşlıq və zəngin təcrübədən faydalanmaqdan gedir. Təbii ki, yeni layihə də istisna deyil. Odur ki, diktorlarla görüşdə yeni layihənin də müzakirəsi aparılıb. Hələlik detallar barədə açıqlama vermək istəməzdik, amma onu deyə bilərik ki, yeni mövsümdən tamaşaçılar qocaman diktorlarımızın aparıcılığı və iştirakı ilə tam fərqli, tarixlə müasirliyin sintezindən ibarət maraqlı veriliş izləmək imkanı əldə edəcəklər. Söhbət xəbər və ya analitik xarakterli verilişdən deyil, səmimi mövzular üzərində qurulan layihədən gedir”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər