Xəbər xətti

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

"Güclü ordumuz var, dayağımız var, bir daha enməyən bayrağımız var"- Ədalət İzzətoğlu

Baxılıb: 31 650     Tarix: 16-04-2019 17:37   
"Güclü ordumuz var, dayağımız var, bir daha enməyən bayrağımız var"- Ədalət İzzətoğlu

Bu gün hüquqşünas-şair Ədalət İzzətoğlunun doğum günüdü. Bu münasibətlə vətənpərvər qələm dostumuzu təbrik edir, növbəti doğum gününü indi yağı əlində yağmalananan Cəbrayıl rayonunda keçirməsini diləyirik.

Sumqayitfakt.Az Ə. İzzətoğlunun yaradıcılığından bir neçə nümunəni təqdim edir:

Xatırladaq ki, Ədalət İzzət oğlu Qafarov 16 aprel 1966-cı ildə Cəbrayıl rayon Hovuslu kəndində anadan olub. 1973-83-cü il tarixdə doğulduğu kənd orta məktəbində təhsil alıb. Təhsilini Sumqayıt şəhər 44 nömrəli Texniki Peşə Məktəbində davam etdirib. 1984-cü il tarixdə Hərbi xidmətə çağrılıb. 10 may 1986-cı il tarixdə Hərbi xidməti bitirərək Sumqayıt şəhərində 1 nömrəli Tresin Tikinti İdarəsində fəhlə kimi işə başlayıb. Çalışmaqla yanaşı təhsilini də davam etdirərək sentyabr 1992-ci il tarixdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin I kursuna daxil olub və 1997-ci ildə həmin Universiteti bitirib. 02 sentyabr 1994-cü il tarixdə Sumqayıt şəhər Xalq Məhkəməsində Dəftərxana işində çalışmağa başlayıb. 1998-ci ildə isə Məhkəmə İclas katibi (Hakim köməkçisi) vəzifəsində çalışıb. 01 dekabr 2000-ci il tarixdə həmin vəzifədən öz xahişi ilə azad olunub və 10 dekabr 2000-ci il tarixdən 14 noyabr 2007-ci il tarixədək Müstəqil Hüquq Məsləhətxanasında fəaliyyət göstərib.
14 noyabr 2007-ci il tarixdən “İZZƏT” MMC-nin Hüquq Məsləhətxanasının və Tədris Mərkəzinin direktor vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.
Milli Məclis və Bələdiyyə seçkilərində qeydiyyatdan keçərək namizəd olub. “İçimizdə yurd adlı yaramız var” şeirlər kitabının müəllifidir. “Qızıl Qələm” media mükafatı laureatıdır. “ƏDALƏT İŞIĞINDA” Ədəbi dərnəyin rəhbəridir.
“Mənim Vətənim”, “Dünya Yalan dünyadı” poeziya antologiyasında və “Göyərçin əllər” poetik topluda, “Ədalət yolu” “Sabaha-İnamla, “Azərbaycan Gəncləri”, “Kolxozçu”, “Xudafərin”, “Sosialist Sumqayıtı, “İdeal Market” “Gündəm xəbər”, qəzetlərində, “Sabaha-inamla.az”, “Sumqayıtfakt.az”, “Qərib.az”, “Xəbərlə.com”, “Ədalətyolu.az”, “Gündəmxəbər.az”, “Presspark.az” saytlarında şeirləri və məqalələri dərc olunub.
XX-XXI əsrin yaradıcı və ziyalı insanları toplusu və “Xan Çinarın Yetirmələri” kitablarında haqqında məqalələr işıq üzü görüb.
Övladlarının da Vətən üçün dəyərli şəxsiyyət kimi yetişməsi, formalaşması naminə əlindən gələni əsirgəmir. Bununla yanaşı hüquqşünas olaraq hər kəsə hörmət, qayğı göstərməklə nüfuz qazanıb.
Müntəzəm olaraq dövlət tədbirlərinə qatılır və öz şeirləri ilə çıxış edir.



MƏNİ DEYİRLƏR

Çiçəkləyən ağaclar barın verəcək,
Almasın, heyvasın, narın verəcək,
Bağbanı olmasa xarın verəcək,
Bağbansız şairəm, məni deyirlər.

Şeytan bizi yolumuzdan azdırıb,
Quyumuzu yaman dərin qazdırıb,
Dərdi, qəmi taleyimə yazdırıb,
Dərdli bir şairəm, məni deyirlər.

Şeirim düzülüb qəmimdən gəlir,
Vətənə sevgidən, dəmimdən gəlir,
Yazdığım şeirlər təbimdən gəlir,
İlhamlı şairəm, məni deyirlər.

Dağların başında duman görünsə,
İldırım, fırtına, tufan görünsə,
Məşəqqət, qiyamət, boran görünsə,
Çoşqun bir şairəm, məni deyirlər.

Qələmim əlimdə hey yazır, yazır,
Yazdıqca xəyallar başımda azır,
Düşmən vətənimə məzarlar qazır,
Naməkan şairəm, məni deyirlər.

Ədalətəm, haqqı danan deyiləm,
Nahaqqa haqq demə, qanan deyiləm,
Düşmənin halına yanan deyiləm,
Amansız şairəm, məni deyirlər.

VƏTƏN

Vətənimdən necə küsüm, inciyim?
Vətən mənim damarımda qanımdır.
Anamızdan necə küsüm, inciyim?
O ki, mənim varlığımdır, canımdır.

Vətən məni bu günlərə çatdırıb,
Ömür verib, illərinə qatdırıb,
Şeir, sənət aləminə atdırıb,
O ki, mənim varlığımdır, canımdır.

Vətən mənim torpağımdır, daşımdır,
Ucal Vətən! Ucalığın başımdır.
Şanlı tarix əbədi yaddaşımdır,
O ki, mənim varlığımdır, canımdır.

İran-Turan hamısı qardaşımdır,
Kür-Arazım elə bil göz yaşımdır.
Məkkə-Mədinəm də qəlb sirdaşımdır,
O ki, mənim varlığımdır, canımdır.

İzzətoğlu, vətəninə sən də yan,
Görəsən olarmı, Vətəndən doyan?
Vətənin yolunda ürəklə dayan,
O ki, mənim varlığımdır, canımdır.

ÜRƏK NECƏ DÖZSÜN BU AYRILIĞA?

Yadıma yurdumun dağları düşür,
Həsrətdən quruyan bağları düşür,
Gənclik illərimin çağları düşür,
Ürək necə dözsün bu ayrılığa?

Xəyalımda canlanır o gözəl aləm,
Ürəyimdə kədər, gözlərimdə qəm,
Başımda fırlanır, bütün bu aləm,
Ürək necə dözsün bu ayrılığa?

Ağdam, Füzuli, Cəbrayıl, Laçın,
Qarabağa gedən yolları açın.
Günahı nədədir ağarmış saçın?
Ürək necə dözsün bu ayrılığa?

Dağlarım həşərat yurduna dönüb,
Vətənimdə neçə ocağım sönüb,
Fələyin üzü də yamanca çönüb,
Ürək necə dözsün bu ayrılığa?

Elimdən görəndə bir el adamı,
Ürəklər yaxındır, alır qadamı.
Qaytaraq elləri, qalsın yadamı?
Ürək necə dözsün bu ayrılığa?

Ədalət qocalıb yurduna dönsə.
Dağlarım bu gəlişimə sevinsə,
Necə olacağam görən ay Allah?
Ürək necə dözsün bu ayrılığa?

ÜRƏYİMİN SƏSİ

Millət hamılıqla qalxdı ayağa,
Meydanda yarandı hörmət bayrağa.
Yolunda qan töküb gəldik bu çağa,
Ürəyim bu zaman dönür bir dağa.

Tarixdə keçmişik əzəmətli yol,
Dəyişdi quruluş, dəyişdi bu yol.
Bayraq Meydanına uzanır bu yol,
Ürəyim bu zaman dönür bir dağa.

Dünyada ən hündür bayrağımız var,
Güclü ordumuz var, dayağımız var.
Bir daha enməyən bayrağımız var,
Ürəyim bu zaman dönür bir dağa.

Meydandan başladı, bayrağın yolu,
Bir zaman, hər tərəf adamla dolu,
Unutmayaq, keçdiyimiz bu yolu,
Ürəyim bu zaman dönür bir dağa.

Ey Vətən, bayrağın qoy uca olsun,
Düşmənlər baxaraq gözü kor olsun.
Bu həyat onlara görüm gor olsun,
Ürəyim bu zaman dönər bir dağa.

Qələbə çalınsın, yurda biz dönək,
Vətən torpağını biz bütöv görək,
Gələcək nəsillərə olaq bir örnək,
Ürəyim bu zaman dönər bir dağa.

OXU, BÜLÜBÜL

Bülbül, nalə çəkdin, bu necə səsdi?
Qərib düşən ürəyim yaman əsdi.
İllər ötdü, ömür keçdi, tələsdi,
Saç ağardı, bel büküldü, ta bəsdi.

Ürəyimin sarı simi oyandı,
Axan çaylar bir anlığa dayandı,
Sevinc hissim kədərimə boyandı,
Göz yaşlarım selə döndü, ta bəsdi.

Qəlbimi sızlatdı yanıqlı səsin,
Keçmişə qaytardı sənin nəfəsin.
Sərvan tapa bilmir sanki dəvəsin.
Karvan gedir, cığır qalır, ta bəsdi.

Ədalət İzzətoğlu



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər