Xəbər xətti

19-04-2019

17-04-2019

Yazarlar
Namiq Dəlidağlı





Rublika
Arxiv
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda bu təşkilat fəaliyyətini bərpa etdi -ŞƏKİLLƏR

Baxılıb: 365     Tarix: 06-04-2019 20:47   
Sumqayıtda bu təşkilat fəaliyyətini bərpa etdi
AAB-nin Sumqayıt Bölğəsinin fəaliyyəti bərpa olundu.

Artıq neçə gündür Sumqayıt aşıqlarının sevinci yerə-göyə sığmır. Bunun da səbəbi var. Bir xeyli müddətdir oturacaq yeri olmadığından, fəaliyyətini “dondurmuş” Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt Bölğəsinə şəhərin mərkəzində, çox gözəl məkanlardan birində - Ə.Kərim adına şəhər Poeziya evində yer ayrılmışdır...
Sumqayitfakt.Az xəbər verir ki, yeni ünvanda məskən salan Sumqayıt aşıqlarının 05.04.2019-cu il tarixdə ilk toplantısı oldu. AAB-nin Sumqayıt Bölgəsinin sədri, AYB-nin üzvü, uzun müddət “Qayğı” cəmiyyətinə rəhbərlik etmiş, həyatının 58 ilini Sumqayıt təhsilində çalışmış pedaqoq-şairə Qənirə xanım Mehdixanlı ilk əvvəl toplantı iştirakçılarını salamladı. Sonra onlar üçün bu gözəl şəraiti yaradan, saz-söz sənətinə dəyər verən şəhər İcra hakimiyyəti başçısı Zakir Fərəcova göstərdiyi diqqətə görə, təşəkkürünü bildirdi. Həmçınin Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, Filoloğiya elmləri doktoru, professor Məhərrəm Qasımlının təbriklərini iştirakçılara çatdırdı və onun hər zaman dəstək olacağını qeyd etdi. Daha sonra, Qənirə xanım Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin tarixindən söz açdı. Qeyd etdi ki, çoxəsrlık aşıq sənəti Azərbaycan cəmiyyətinin mənəvi aləminin ruhunda və qanındadır. Ölkəmizdə aşıq sənətinə həsr olunmuş tədbirlərin keçirilməsi, müxtəlif tədbirlərdə aşıqların çıxışları Azərbaycanın milli-mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir.
Qənirə Mehdixanlı Şərqdə şöhrət qazanmış ozan-aşıq sənəti, onun qədim qaynaqları, təşəkkülü, inkişaf və bu sənətin ulu yaradıcılarının – Dədə Qorquddan üzü bəri, Dədə Kərəmin, Qurbaninin (XVI əsr), Abbas Tufarqanlının, Sarı Aşığın (XVII əsr), Xəstə Qasımın, Aşıq Valehin, Aşıq Dılqəmin (XVIII əsr), Aşıq Alının, Aşıq Ələsgərin, Aşıq Hüseyn Şəmkirlinin (XIX əsr) və başqalarının yaradıcılıq yoluna nəzər saldı. O, Azərbaycan Aşıqlar Birliyinin ilk dəfə, Hüseyn Arifin rəhbərliyi ilə, Ağstafa rayonunda yaradılmasından, 1991-ci ildə müstəqil ictimai təşkilat kimi dövlət qeydiyyatından keçməsindən, bu müddətdə qazanılan uğurlardan, Sumqayıt şöbəsinin vaxtilə gördüyü təqdirəlayiq işlərindən söz açdı.
Cıxışlar zamanı qədim mədəniyyət irsinə malik olan aşıq sənətinin son dövrdə yüksək inkişafından, saz-söz sənətinə verilən dəyərdən, Azərbaycan aşıq sənətinin beynəlxalq aləmdə təbliği və tanıdılması, gələcək nəsillərə ötürülməsi məqsədilə, H.Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın atdığı uğurlu addımlardan danışıldı. Aşıq sənətinin musiqi, orta və ali tədris müəssisələrində tədris olunmasının, həmçinin respublikada keçirilən aşıq müsabiqələrinin, beynəlxalq aşıq festivallarının gənc aşıqların yetişməsində geniş imkanlar açması vurğunlandı.
Bildirildi ki, “Azərbaycan aşıq sənəti 2009-cu ilin 28 sentyabr-2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun “Qeyri-Maddi Mədəni İrsin Qorunması” üzrə Komitəsinin IV sessiyası zamanı təşkilatın Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilmişdir. Bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləmişdi”.
Qonaq qismində iştirak edən, AJB-nin üzvü, şəhər qəzetində və uzun müddət “Kirpi” jurnalında çalışmış tanınmış USTAD jurnalist Zümrüd xanım Baloğlanova fəaliyyətini yenidən bərpa edən qurumun sədr və üzvlərini ürəkdən təbrik etdi, aşıq sənətinin incəliklərinə toxunaraq, dövlət siyasətinin başlıca prinsiplərindən olan milli-mənəvi dəyərlərə göstərilən qayğıdan, həmçinin bir neçə aşıqla bağlı xatirələrini danışdı. O, gənc aşıqlara məsləhət və tövsiyələrini verərək, kollektivə məsuliyyətli işlərində uğurlar dilədi.
Toplantıda gələcəkdə görüləcək işlər barədə plan və təkliflər dinlənildi. Səsvermə yolu ilə Aşıq Cəmil Aslanoğlu bölğənin Bədii rəhbəri, Aşıq Ruhiyyə Qarabağlı bölğənin tərkibində yeni yaradılan “Sazçı qızlar” ansamblının rəhbəri seçildilər.
Sonda xatirə şəkilləri çəkilərək, həmin gün tarixin yaddaşına həkk olundu.

Aygün Hacıyeva

Sumqayitfakt.Az













Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər