Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

TƏCİLİ XƏBƏR: Rusiya təyyarəsi təcili Bakı aeroportuna endi - BOMBA TƏHLÜKƏSİ

Baxılıb: 455     Tarix: 11-03-2019 16:05   
TƏCİLİ XƏBƏR: Rusiya təyyarəsi təcili Bakı aeroportuna endi - BOMBA TƏHLÜKƏSİ


Rusiyanın "Ural hava yolları” şirkətinə məxsus təyyarə Bakıda təcili eniş edib.

Sumqayitfakt.Az oxu.az-a istinadən xəbər verir ki, iki saat əvvəl Bəhreyndən uçan və üç saat sonra Domodedova aeroportunda eniş etməli olan "Airbus A321” təyyarəsi Bakıda təcili eniş edib.

Məlumata görə, təcili enişə təyyarənin göyərtəsində bomba xəbərdarlığı edən yazılı qeydin tapılması səbəb olub.

Təyyarə xüsusi xidmət orqanları tərəfindən yoxlanılacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti "Ural Hava Yolları” şirkətinə məxsus təyyarənin Bakıda məcburi eniş etməsi məsələsinə aydınlıq gətirib.

Bildirilib ki, martın 11-də Bakı – Bəhreyn şəhərindən Moskva şəhərinə uçan "Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi olub.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

HG kapitanı sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər