Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

"Sahibsiz itlər də yiyə axtarır, ay əmi, nə olar, sahib çıx bizə..." Əyyub Qiyasın şeiri

Baxılıb: 3132     Tarix: 06-03-2019 14:12   
"Sahibsiz itlər də yiyə axtarır,  ay əmi, nə olar, sahib çıx bizə..." Əyyub Qiyasın şeiri

"SƏN MƏNİMÜÇÜN DÜNYADA ƏN BÖYÜK ADAMSAN, ƏMİ! DAĞ BOYDA ADAMSAN, DÜNYA BOYDA ADAMSAN, ÜRƏK BOYDA ADAMSAN! SƏNİ ÇOX İSTƏYİRƏM, SƏNİ VERƏNƏ ŞÜKÜR! EŞQLƏR, ƏŞRƏF VEYSƏLLİ!"
Əyyub Qiyas

NƏ YAXŞI YOLUMA ÇIXDIN, AY ADAM

Əşrəf əminin 80 yaşına sevgi ilə...


Soyuqdu bu dünya, buzdu bu həyat,
Kimi vaxt öldürür, kimi vaxt biçir.
Bir də görürsən ki, uzaq adamlar
Uzaq yollar kimi ömürdən keçir.

Dörd yol ayrıcıdı bu ömür elə,
Bir tərfədə işıq, bir tərəfdə it.
İşıq gələn yerdə divlər yurd salıb,
İt hürən tərəfin qapısı kilid...

İkicə yol qalır sonra adama,
Adam iki yolda sıxılıb qalır.
Kimi başın açır, kimi baş açır,
Kimi də dünyadan yıxılıb qalır.

Yıxılıb qalırıq tənha, kimsəsiz,
Susuruq, dinirik - içimiz dolur!
Bəzən gen dolanır dostlar, tanışlar,
Bəzən uzaqlar da çox yaxın olur.

Yeyir ömrümüzü əcəl, kor kimi
Heç baxmır kiçiyə, böyüyə - bilmir.
Boyumuz uzanır, amma nə olsun -
Böyüksüz adamlar böyüyə bilmir.

Nə yaxşı yoluma çıxdın, ay Adam,
Nə yaxşı boyumca böyüyə bildim.
Bir kəlmə xoş sözün möhtacı idim,
Bir sözlə... doyunca böyüyə bildim...

İndi də doyunca yaşamaq olar,
Səksənə çatdıqsa - nə qaldı yüzə?!
Sahibsiz itlər də yiyə axtarır,
Ay əmi, nə olar, sahib çıx bizə...

Əyyub Qiyas


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər