Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Yusuf Məmmədəliyev: "Gənclərin ictimai fəallığının artırılması məqsədilə yaradılan ictimai birliklərin fəaliyyəti dövlət tərəfindən hərtərəfli dəstəklənir"

Baxılıb: 4459     Tarix: 25-02-2019 14:34   
Yusuf Məmmədəliyev: "Gənclərin ictimai fəallığının artırılması məqsədilə yaradılan ictimai birliklərin fəaliyyəti dövlət tərəfindən hərtərəfli dəstəklənir"


Gənclər siyasəti Azərbaycan dövlətinin həyata keçirdiyi daxili siyasətin mühüm tərkib hissəsidir. Bu siyasətin əsas məqsəd və prinsipləri, istiqamətləri, həmçinin dövlətin üzərinə düşən vəzifələr "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu və bu sahədəki digər normativ-hüquqi aktlarla müəyyən olunur.

Sumqayitfakt.Az trend-ə istinadən bildirir ki, bunu birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib.

Y.Məmmədəliyev bildirib ki, gənclərin hərtərəfli inkişafı üçün zəruri olan şəraitin yaradılması, bu baxımdan dövlətin üzərinə düşən vəzifələrin səmərəli şəkildə yerinə yetirilməsi məsələsi daim ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir:

"Bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün dövlət tərəfindən davamlı şəkildə fəaliyyət həyata keçirilir, gənclərlə iş sahəsində qanunvericilik bazası təkmilləşdirilir, sosial infrastruktur yaradılır, gənclərin elmi və yaradıcılıq potensialının aşkara çıxarılması və inkişaf etdirilməsi, bu potensialın ölkəmizin sosial-iqtisadi inkişafı, dövlətimizin siyasi, iqtisadi, hərbi qüdrətinin, beynəlxalq nüfuzunun artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi uğrunda səfərbər edilməsi istiqamətində ardıcıl tədbirlər görülür".

Y.Məmmədəliyev vurğulayıb ki, hazırda Bakıda və rayonlarda yerləşən 40-a yaxın Gənclər Evi, demək olar ki, bütün rayonlarda fəaliyyət göstərən Olimpiya kompleksləri, yaradıcılıq mərkəzləri və s. gənclərin ixtiyarındadır:

"Gənclərin ictimai fəallığının artırılması, ölkənin ictimai həyatına onların daha yaxından cəlb edilməsi məqsədilə yaradılan və vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi olan ictimai birliklərin fəaliyyəti dövlət tərəfindən hərtərəfli dəstəklənir. Keçən il Nizamnaməsində edilən dəyişikliklərlə fəaliyyət sahəsi və imkanları daha da genişləndirilən Gənclər Fondu gənclərin, xüsusilə az təminatlı ailələrdən olan gənclərin təhsil almalarının, təhsillərini xaricdə davam etdirmələrinin dəstəklənməsi, ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənclərin işlə təmin olunma baxımından qarşılaşdıqları problemlərin həll edilməsi, gənclər arasında sahibkarlıq və özünüməşğulluğun təşviq edilməsi və dəstəklənməsi kimi bir sıra istiqamətlərdə təqdirəlayiq fəaliyyət həyata keçirir. Bütün bu fəaliyyətlər xalqımız tərəfindən rəğbətlə qarşılanır, yüksək qiymətləndirilir".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər