Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Rusiyada neçə nəfər Azərbaycan vətəndaşı təhsil alır?

Baxılıb: 399     Tarix: 15-02-2019 10:15   
Rusiyada neçə nəfər Azərbaycan vətəndaşı təhsil alır?


2018-2019-cu tədris ilində Azərbaycandan olan 205 nəfərin RF-də büdcə hesabına pulsuz təhsil alması üçün kvota ayrılıb. Ümumiyyətlə, təhsilin bütün növləri üzrə, aspirantura da daxil olmaqla 11 mindən çox Azərbaycan vətəndaşı oxuyur. Onlardan 1017 nəfəri federal büdcə vəsaitləri hesabına, 10284 nəfəri kommersiya əsasında təhsil alır.

Sumqayitfakt.Az AZƏRTAC-a istinadən bildirir ki, "Rossotrudniçestvo" agentliyinin rəhbəri Eleonora Mitrifanova bu məlumatı RF Dövlət Dumasında keçirilmiş "Rusiya ilə Azərbaycan arasında mədəni körpülər mədəniyyətlərarası dialoqun əsasıdır" mövzusunda dəyirmi masada səsləndirib. O qeyd edib ki, Azərbaycanda 130 min nəfərlik rusdilli diaspor yaşayır. Bu, ən iri rusdilli icmalardan biridir. Digər tərəfdən, hazırda Rusiya ərazisində 2,5 milyon Azərbaycan vətəndaşı çalışır. Zəngin mədəni əlaqələr siyasi əlaqələrin mühüm əsasıdır və onları tamamlayır. İlk növbədə ölkələrimizin liderləri Vladimir Putin və İlham Əliyevin münasibətləri çox səmərəli və intensivdir. Bizim nazirlər müntəzəm olaraq görüşürlər. Keçən həftə Patriarx Kirill Azərbaycan Prezidenti ilə görüşüb. Rəmzi haldır ki, Azərbaycan Rusiyanın üçüncü ölkələrlə danışıqlar aparması üçün dəfələrlə qonaqpərvər beynəlxalq məkan kimi çıxış edib və bu missiyanı davam etdirir. Biz Azərbaycanın bu töhfəsini yüksək qiymətləndiririk".

"Rossotrudniçestvo" agentliyinin rəhbəri xatırladıb ki, Azərbaycanda tədrisin rus dilində aparıldığı 340-dan çox məktəb var, 3 mindən çox məktəbdə isə rus dili xarici dil kimi tədris edilir. Həmin məktəblərdən 50-si Azərbaycan Təhsil Nazirliyinin rus dilinin dərindən öyrənilməsi layihəsinə daxil edilib. E. Mitrofanova sonda deyib: "Ölkələrimiz arasında ikitərəfli humanitar əlaqələr möhkəmdir və bu əlaqələrin intensiv inkişafı davam edir".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər