Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda məşğulluqla bağlı konfrans keçirildi - ŞƏKİLLƏR

Baxılıb: 2188     Tarix: 13-02-2019 19:10   
Sumqayıtda məşğulluqla bağlı konfrans keçirildi - ŞƏKİLLƏR

Bu gün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sosial-iqtisadi yüksəliş və naliyyətlər, elmi-texniki tərəqqinin tətbiqi məkanı-Sumqayıt” mövzusunda konfrans keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, konfransda Milli Məclisin deputatları, Sumqayıt şəhər İcra Hakimiyyətinin müavinləri, aidiyyatı qurumların rəhbərləri, Sumqayıt şəhərində fəaliyyət göstərən sənaye müəssisələrinin nümayəndələri, iş axtaran gənclər və Sumqayıt Dövlət Universitetində texniki sahədə təhsil alan tələbələr iştirak ediblər.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev tədbiri açıq elan edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sumqayıt şəhərinə göstərdiyi diqqət və qayğı nəticəsində Regionların Sosial İqtisadi İnkişafının Dövlət Proqramında nəzərdə tutulmuş 16 bənddən ibarət tədbirlər uğurla yerinə yetirilib.

Vurğulanıb ki, Regionların Sosial İqtisadi İnkişafının Dövlət Proqramının icrası dövründə, yəni son 5 ildə şəhərdə ümumdaxili məhsul istehsalı 2,6; sənaye məhsulu istehsalı 2,9; investisiya qoyuluşu 3,5 dəfə artmış, 32819 yeni iş yeri yaradılmışdır. 2955 yeni istehsal sahəsi fəaliyyətə başlayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili çıxışında bildirib ki, son 15 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynayıb. Keçən 15 il ərzində 3 dövlət proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3.3 dəfə artıb.Bu illər ərzində iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü və regional iqtisadiyyat qurmağa nail olub. İqtisadiyyatın sürətlə böyüməsi ölkədə yeni iş yerlərinin açılmasına şərait yaradır.

Millət vəkili bildirib ki, son illərdə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı gənclər üçün də böyük imkanlar yaradır. Bu gün gənclərin qarşısında duran ən böyük çağırış ondan ibarətdir ki, əmək bazarına, bu gün iqtisadiyyatın tələb etdiyi bilik və bacarıqlara uyğun ixtisaslara yiyələnsinlər.

T.Mirkişili bildirib ki, bu gün gənclərin işlə təminatı sahəsində dövlət və özəl sektor tərəfindən mühüm tədbirlər həyata keçirilir, lakin buna baxmayaraq, gənclər də öz növbəsində yeni iş yerlərinin yaradılması ilə bağlı təşəbbüslərlə çıxış etməlidir.

Millət vəkili Mirzəcan Xəlilov çıxışında bildirib ki, respublikamızda qeyri-neft sektorunun sürətli inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi əhalinin işlə təmin edilməsinə müsbət təsir göstərib. Sumqayıtın Millət vəkili bildirib ki, Sumqayıtda qeyri-neft sektorunun əsas sahələrindən olan sənayenin inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə mühüm layihələr həyata keçirilir.

Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov son 3 il ərzində Sumqayıt şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən danışıb.

T.Səmədov vurğulayıb ki, bütün bu göstəricilərin xarakterizə etdiyi sosial-iqtisadi inkişafa, cənab Prezidentin qeyd etdiyi kimi, ölkəmizdə təhlükəsizliyin, ictimai-siyasi sabitliyin tam təmin olunması sayəsində nail olunub.

Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov konfrans iştirakçılarına məlumat verib ki, ötən illərdə olduğu kimi, 2018-ci ildə də Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirib. Mərkəzə müraciət edənlərin sayı ötən illə müqayisədə xeyli azalıb, 4952 nəfər işaxtaran kimi qeydiyyata alınıb, onlardan 2520 nəfər işlə təmin olunub. 1590 nəfər isə mövsümi işlərə cəlb edilib.

Konfransda Sumqayıt şəhərində fəaliyyət göstərən sənaye müəssisələrinin nümayəndələri müəssisə haqqında, müəssisədə mövcud iş imkanları ilə bağlı təqdimatlarla çıxış ediblər.

Konfransda cıxışlardan sonra qeyd olunan məsələlər ətrafında müzakirələr aparılaraq sual-cavab sessiyası kecirilib.


























Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər