Xəbər xətti

21-04-2019

19-04-2019

Yazarlar
Namiq Dəlidağlı





Rublika
Arxiv
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Ən çox oxunanlar
Sorğu

Bu şəxslərə vəzifə verənlər məsuliyyət daşıyacaq - Nazir qaydaları təsdiqlədi

Baxılıb: 4111     Tarix: 13-02-2019 13:55   
Bu şəxslərə vəzifə verənlər məsuliyyət daşıyacaq - Nazir qaydaları təsdiqlədi

Ədliyyə Nazirliyinin Kollegiyası "Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası Qaydaları”nı təsdiqləyib.

Sumqayitfakt.Az-ın məlumatına görə, Qaydalara əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və ya əlavə cəza kimi tətbiq edilir, dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir.

Cəzanın vaxtında və düzgün icra edilməsinə nəzarət hökmü (qərarı) çıxarmış məhkəmə, Ədliyyə Nazirliyinin Probasiya xidməti və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyi tərəfindən həyata keçirilir.

Qaydalara əsasən məhkumlar məhkəmə hökmünün (qərarının) tələblərini yerinə yetirməlidirlər. Məhkumlar məhkəmənin hökmü (qərarı) ilə müəyyən olunmuş müddət ərzində onlara hökmlə (qərarla) qadağan olunmamış fəaliyyət növləri üzrə işlərdə və ya vəzifələrdə işləyə bilərlər. Məhkumlar yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər. Məhkumlar hökmdə (qərarda) görülməsi ona qadağan edilmiş işə girdikdə, yaxud ona qadağan edilmiş fəaliyyətlə məşğul olduqda cəzanı icra edən icra məmuru:

- işəgötürənə məlumat verərək, məhkumun hökmlə (qərarla) qadağan edilmiş fəaliyyətinə xitam verilməsi üçün üç gün müddətində tədbir görülməsini təklif edir və onu hökmün (qərarın) icra edilməməsinin məsuliyyətə səbəb olması barədə xəbərdar edir;

- məhkuma məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir. Rəsmi xəbərdarlıq məhkumun şəxsi işinə əlavə edilir.

Məhkumlar cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, icra məmuru Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkumun cəzasının digər cəza növü ilə əvəz edilməsi barədə məhkəməyə təqdimat verir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər