Xəbər xətti

21-04-2019

19-04-2019

Yazarlar
Namiq Dəlidağlı





Rublika
Arxiv
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Ən çox oxunanlar
Sorğu

Fransız yazıçı: “Biz ermənilərin hər istəyi ilə oynamağı bir gün dayandırmalıyıq”

Baxılıb: 3106     Tarix: 13-02-2019 10:17   
Fransız yazıçı: “Biz ermənilərin hər istəyi ilə oynamağı bir gün dayandırmalıyıq”


"Fransa Prezidentinin problemləri var və beləliklə, növbəti prezident seçkilərində ona səs verəcək seçicilər toplamaq asan olmayacaq. Emmanuel Makronun qondarma erməni soyqırımı məsələsini yenidən gündəmə gətirməkdə məqsədi Fransada yaşayan ermənilərin səsini qazanmaqdır".

Sumqayitfakt.Az xəbər verir ki, bunu fransalı yazıçı İv Benar report-a açıqlamasında bildirib.

O, Fransa prezidentinin bu yaxınlarda aprelin 24-nü uydurma erməni soyqırımının milli anım günü elan edilməsi ilə ölkədə yaşayan erməni icmasına verdiyi vəddən danışaraq deyib ki, bu, olduqca səhv addımdır: "Uydurma erməni soyqırımı milli anım gününün Fransada elan edilməsi aranı bir az da qızışdırmağa xidmət edəcək. Halbuki, buna heç bir ehtiyac yox idi. Biz ermənilərin hər istəyi ilə oynamağı bir gün dayandırmalıyıq. Heç yahudilərə qarşı bütün bu olunanlardan sonra onların anım gününü belə qeyd etmirik".

Yazıçı Azərbaycanın işğal olunmuş torpaqları məsələsinə də toxunub:
"Fransa Minsk qrupunun üzvü kimi hər iki ölkə ilə, istər Azərbaycan, istərsə də Ermənistan ilə məsafə saxlamalı, neytral mövqedə dayanmalıdır. 25 ildir ki, Azərbaycanın ərazisini zəbt etmiş bir ölkəyə haqq qazandırmaq mümkün deyil. Bir anlıq bu vəziyyətin əksini təsəvvürümüzə gətirək. Əgər Azərbaycan Ermənistanın ərazisini zəbt etmiş olsaydı, bunun necə böyük bir təşvişə səbəb olacağını təsəvvür etmək belə çətindir".

Yazıçı bildirib ki, türklər də Fransada çoxluq təşkil edirlər:
"Fransada yaşayan türklər ermənilərə nisbətən çox az səs verirlər. Mən artıq neçə illərdir ki, rastlaşdığım türklərə izah edirəm ki, onlar bu məsələdə daha artıq səy göstərməlidirlər və ikili vətəndaşlığı qəbul etməlidirlər. Ermənilərin səsi 300 mindirsə, türklər istədikləri halda bu səsi toplaya bilərlər, çünki onlar çoxluq təşkil edirlər. Fransalı siyasətçiləri yalnız seçicilərin səsləri maraqlandırır. Əgər sabah türklərin səsi ermənilərinkindən çox olarsa vəziyyət əks istiqamətdə inkişaf edəcək. Emmanuel Makron Fransada çox fəal olan ermənilərə itaət edir. Xüsusilə ermənilər müntəzəm surətdə Fransa Senatı və Milli Assambleyasının dəhlizlərində fırlanır, fransalı senator və deputatlara seçkilər zamanı onlara səs verəcəklərini söz verməklə qarşılığında uydurma erməni soyqırımı, yaxud digər məsələləri parlamentdə qaldırmalarını təklif edirlər".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər