Xəbər xətti

17-03-2019

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 495     Tarix: 05-02-2019 20:17   


Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının KİV və İctimaiyyətlə əlaqələr bölməsinin müdiri İlahə İsmayılovanın "istixeber.info" saytına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, şikayətçidə narazılıq doğuran material hazırlanarkən, balans prinsipi pozulub, obyektivlik gözlənilməyib. Sayt əməkdaşlarına müraciət edilməsinə və araşdırma üçün şərait yaradılmasına baxmayaraq, tənqid ruhlu material birtərəfli hazırlanıb, qarşı tərəfin mövqeyinə yer verilməyib, bu baxımdan əsaslandırılmamış məqamlar qabardılıb. MŞ adından "istixeber.info" saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyyə olunub.

Bakı şəhər sakini, idmançı Fəridə Əzizovanın "Open.az" saytına qarşı şikayətin araşdıran Komissiya üzvləri bildiriblər ki, sözügedən şikayət təkrarən müzakirəyə çıxarılır. Belə ki, Komissiyanın 15 yanvar 2019-cu il tarixli iclasında məsələ şikayətçilər Fəridə Əzizova, onun qohumu Aysel İsgəndərova və "Open.az" saytının redaktorunun iştirakı ilə müzakirə edilib, xəbərdə ciddi xətalara yol verildiyi, informasiyanın qondarma məsələlər üzərində qurulduğu, dəqiqləşdirilmə üçün heç bir cəhd göstərilmədiyi sayt təmsilçisi tərəfindən etiraf edilib. Sayt redaktoru təkzib verməyə, həmçinin, qarşı tərəfin mövqeyini işıqlandırmağa razı olub. Lakin, sonradan bu vədin yerinə yetirilməməsi, təkzib verilməməsi "Open.az" saytının qeyd olunan mövzu üzrə fərqli maraqlarının olduğunu təsdiqləyir. Komissiya üzvləri geniş kontekstdə araşdırma aparılması üçün məsələnin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına yönləndirilməsinə dair rəy veriblər.

İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin "müxalifet.az" saytına qarşı şikayəti də araşdırılıb. Sayt təmsilçisi materialların birtərəfli, əsaslandırılmamış hazırlandığını etiraf edib, onların saytdan götürüldüyünü bildirib. Amma qarşı tərəf bununla yanaşı, təkzib verilməsini istəyib. Komissiya üzvləri sayta təkzib verilməsini tövsiyyə ediblər.

"Bakı Metropoliteni" QSC-nin "pressinfo.az" saytına qarşı şikayətini araşdıran komissiya üzvləri rəy veriblər ki, saytın hazırladığı materialda balans prinsipi pozulub. Qarşı tərəfin mövqeyinə yer verilməyib, bu baxımdan əsaslandırılmamış fikirlər yer alıb. MŞ adından "pressinfo.az" saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyyə olunub.



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər