Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Zakir Fərəcovun 65 yaşına...

Baxılıb: 3174     Tarix: 02-02-2019 11:57   
Zakir Fərəcovun 65 yaşına...

Böyük şəhərlərə rəhbərlik etmək çox çətindir. Sosial problemlər, sakinlərin tükənib bitməyən tələb və istəkləri, eləcə də müxtəlif gündəlik qayğılar başçıdan böyük enerji, səbr tələb edir. Necə deyərlər, harada insan faktoru varsa, orada problem də yetərincədir...

...Yadıma hansısa müdikin bir kəlamı düşdü- "İnsanlar üç cürdür, "bilir ki, bilir"-lər, "bilir ki, bilmir"-lər, "bilmir ki, bilmir"-lər". Rəhbərdən isə bu insanların hamısını razı salmaq tələb olunur…
…O, Laçında, ucqar bir dağ kəndində doğulsa da, ömrünün böyük hissəsi Sumqayıtla bağlıdr. Bu şəhərin hər yerinə, hər üzünə yaxşı bələddir. Adi bir işdən icra başçısı vəzifəsinədək yol keçib. Zərrə-zərrə hörmət qazanıb, addım-addım irəliləyib…

...Mənim ondan asılı heç bir işim yoxdur, amma Sumqayıtda doğulub böyüyən, sıradan bir sakin kimi onun doğma şəhərimiz üçün etdiklərini, ömrünün bu əlamətdar günündə dəyərləndirməyə bilmərəm…
...Sumqayıt çox rəhbərlər yola salıb, hər birindən bir iz qalıb, bu şəhərdə. Amma bu şəhər üçün daha çox iş görən iki başçı olub- Kamran Hüseynov və Zakir Fərəcov…

Demirəm ki, Sumqayıt problemsiz, ideal şəhərdir. Heç yaşadığım ABŞ-ın Miçiqan ştatında da problemsiz şəhər görmədim. Ərazisi Azərbaycandan dörd dəfə böyük olan bu ştatda o qədər sosial, komunal problemlər var ki, söyləsəm, inanmayacaqsız. Burada da qar yağanda avtomobil qəzalarının sayı çoxalır, yaşadığım evdə su kranını açıb təmiz su içə bilmirəm, bu şəhərdə hamı içməli suyu mağazadan almağa məcbur olur. İşıq dirəklərinə, körpülərə baxanda adamın yadına ötən əsrin 60-cı illərinin sovet Azərbaycanı düşür. Və mən demək olar, ABŞ-ın bir sıra ştatlarını gəzən bir insan kimi əminliklə iddia edə bilərəm ki, olduğum yerlərdə bu gün Sumqayıtdakı dənizkənarı bulvar gözəlliyində heç bir istirahət guşəsi görməmişəm…

Nə isə, çox danışmaq istəmirəm, fevralın 3-də Zakir Fərəcovun 65 yaşı tamam olur. Bilirəm ki, bir icra başçısı kimi həmin gün onu təbrik edənlər çox olacaq. Mən isə onu icra başçısı kimi deyil, doğma Sumqayıtıma can yandıran, onun həyatında rol oynamağı bacaran bir həmşəhərlim kimi təbrik edirəm. Dünya malından hər şeyi var, ona möhkəm can sağlığı arzulayıram…

Qoy Şimali Amerika qitəsindən, Atlantik okeanının sahillərindən pərvazlanan bu səmimi kəlmələr, onun ad günündə deyiləcək sözlərin arasında, uzaqda yaşayan bir sumqayıtlıdan ərmağan olsun!..moderator.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər