Xəbər xətti

17-03-2019

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

20 Yanvar - QAN YADDAŞIMIZ

Baxılıb: 3167     Tarix: 20-01-2019 17:03   
20 Yanvar - QAN YADDAŞIMIZ

Qafqaz Media İctimai Birliyinin sədri Hacı Azadə Taleh Abbasqızı və sədr müavini İlhamə Məhəmmədqızı 19 yanvar 2019-cu ildə Sumqayıtın Şəhidlər Xiyabanını ziyarət etdilər. Şəhidlərimizin ruhunu yad edərək onlara Allahdan rəhmət dilədilər.
20 Yanvar hadisələrinin şəxsən şahidi olan Azadə xanım həmin məşəqqətli günü xatırlayaraq xalqımızın necə ağır sınaqlardan keçdiyini vurğuladı. Qeyd etdi ki, hər il olduğu kimi, bu il də Sumqayıt şəhər rəhbərliyi şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirə xüsusi diqqətlə hazırlaşıb, onların ruhunu ehtiramla yad edir.
Unutmarıq heç zaman biz o qara gecəni, qəlbi yaran gecəni, beyni yoran gecəni. Nifrətimizlə hər zaman xatırlarıq cinayəti, xəyanəti zülmətdə parıldadan düşməni.
Ürəyimizi ağrıtdı, göynətdi bizim o müdhiş gecənin sıxıntıları, yandırdı, yaxdırdı şəhidlərin axıdılan qanları. Ülvinin, Larisanın, İlhamın, Fərizənin... neçə-neçə günahsız həmvətəniminqəlbində dondu nakam arzuları, cavabsız qaldı sual dolu baxışları. Qara gecənin qara gəlişiylə qara geydi analar, bacılar, qara bəzəndi noğullu-nabatlı xonçalar, küçələrə döşəndi şəhid qanlı, qırmızı qərənfil naxışlı xalçalar. Yer də qızardı, göy də. Soldu neçə gül çöhrələr, tənhalaşdı qönçə ömürlər. Yalqız qaldı min arzulu, min həvəsli sevənlər, sevilənlər... Dözmədi kamanımız, tarımız, qaboyumuz, sazımız da. Dərdli, hüznlü ürəkləri inlətdi, ağrılı, yanğılı dil açdı, neçə-neçə ağıya, isti göz yaşına qarışdı...
...Azadə xanım 19,20,21 yanvar 1990-cı ildə o vaxt fəaliyyət göstərdiyi və 2 yaşlı körpə fidanı ilə 3 gün növbədə qaldığı 13 saylı BŞX-da gözləri ilə gördüyü həmin dəhşətləri xatırlayaraq yamanca kövrəldi.....
Vətənimizin, millətimizin alnına baxt qaralığı yazdı - 20 Yanvar! Tariximizə, yaddaşımıza əbədi həkk olundu, "Şəhidlər xiyabanı" adlı böyük göz dağı qoydu 20 Yanvar - Qara Yanvar!


İlhamə Məhəmmədqızı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər