Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Zamirə Hacıyeva Azərbaycandan oğurladığı varidatını ingilislərə təhvil verir

Baxılıb: 4159     Tarix: 19-01-2019 10:28   
Zamirə Hacıyeva Azərbaycandan oğurladığı varidatını ingilislərə təhvil verir


Büdcəmizdən oğurlanan pulların geri qaytarılması mümkündürmü?

Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib. Bu barədə report.az Britaniya KİV-inə istinadən xəbər verir. Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib. Yerli KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan єəhərkənarı qolf klubun müsadirə edilməsi barədə hökm çıxara bilər.

Belə olan halda həmin əmlakların satışından əldə olunan gəlir Azərbaycana qaytarıla bilərmi?

İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, Z.Hacıyeva istəsə belə həmin əmlakların əldə olunmasına xərclənmiє pulların mənbəyini açıqlaya bilməz. Зьnki həmin pullar biznesdən əldə olunan gəlir deyil: “Bu məsələdə heз kimin єьbhəsi yoxdur. Zamirə Hacıyeva əvvəlki kimi desə ki, pulları həyat yoldaşı ona verib, bu halda Cahangir Hacıyev həmin pulların mənbəyini açıqlamalıdır. Belədə də sual çıxacaq ki, Beynəlxalq Bankın rəhbəri olaraq o bu qədər pul qazana bilərdimi? Sualın cavabı da bəllidir, xeyr, qazana bilməzdi”.



Ə.Həsənov həmin pulların Azərbaycana qaytarılması üçün gərəkən addımları bir daha xatırladıb: “Beynəlxalq Bank işi üzrə ədalətli, dürüst məhkəmə aparılmalıdır. Bankdakı oğurlaqlarda əli olan hər kəs, bütün günahkarlaırn dairəsi müəyyən olunmalıdır. Heç kəs istintaqdan kənar qalmamalıdır. Bunu bir dəfə demiєəm ki, bankda rəhbər vəzifədə çalışmışam. 2007-ci ildə 7 min manat əmək haqqı almışam. Bu gün bir evdən baєqa heз nəyim yoxdur. Cahangir Hacıyev Beynəlxalq Bankda rəhbər olaraq məndən 2 dəfə artıq əmək haqqı alsaydı belə, yenə də bu cür pul xərcləyə bilməzdilər. Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda sağa-sola xərclədiyi pulları Azərbaycan dövləti geri qaytarmaq istəyirsə, İngiltərə məhkəməsinin tələb edəcəyi dəlilləri indidən hazırlamalıdır. Azərbaycanda bu iєi səviyyəli etməyi bacaran az sayda hьquqєьnas var. Cahangir Hacıyev təkbaşına bu qədər pulu ələ keзirə bilməzdi. O boyda pulun çıxarılmasında azı 200 nəfər iєtirak edib. Azərbaycan dövləti London məhkəməsinə müraciət etsə, bir-bir, sənədlərlə, sübutlarla isbat etməlidir ki, pullar oğurlanıb, oğurluqlara görə Cahangir Hacıyev başda olmaqla təqsirkarlar cəzalandırılıblar”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər